Azərbaycan hotelləri Novruz bayramından necə çıxıb? » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:46 Dubayda rekord miqdarda yağan yağışın səbəbi məlum oldu  |     13:42 Azərbaycanda qəribə kənd adları: Mırtı, Potu, Soğanverdilər və s... - VİDEO  |     13:41 Səudiyyə Ərəbistanı Həcc ziyarəti ilə bağlı xəbərdarlıq etdi  |     13:39 Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları  |     13:33 Azərbaycanda magistral yolda hərəkət məhdudlaşdırılacaq  |     13:27 Bakıda ötən gün 296 kəsici-deşici alət aşkar olunaraq götürülüb  |     13:19 Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı  |     23:01 Xərçəng xəstəliyi ilə bağlı önəmli araşdırma: D vitamini nəyə qadirdir?  |     22:49 Tibbi arayışların elektronlaşması nə vəd edir? (AÇIQLAMA)  |     22:36 “Xarıbülbül” eksklüziv, limitli kolleksiyasına daxil olan xalçaların kəsim mərasimi keçirilib  |     22:29 Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib  |     22:20 Ukayna hərbi xidmətə məhdud yararlı şəxsləri ordu sıralarına cəlb edəcək  |     22:14 Salyanda avtomobil traktorla toquşub, xəsarət alan var  |     22:07 "Dərinsulu Günəşli" platformasından hasilat müvəqqəti dayandırılıb  |     22:00 Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olanların sayı açıqlanıb  |     21:48 Füzulidə 3 otaqlı ev yanıb  |     21:41 Ermənistanda delimitasiyaya etiraz edən şəxslər İrəvan-Sevan yolunu bağlayıb - VİDEO  |     21:35 Azərbaycan cüdoçusu Avropa çempionu olub  |     21:29 Buğdanın qiyməti niyə ucuzlaşır? (ŞƏRH)  |     21:22 Azərbaycanda bu məşhur zavod bağlanır  |    

Azərbaycan hotelləri Novruz bayramından necə çıxıb?

Azərbaycanda bu il Novruz bayramı Ramazan ayına təsadüf etdiyindən ölkəyə gələn turistlərin, xüsusilə müsəlman ölkələrindən gələn xarici vətəndaşların sayı ötən ilin eyni dövrü ilə müqayisədə az olub.

Bunu “Report”a açıqlamasında "Azərbaycan Turizm Peşəkarları Təşkilatı" İctimai Birliyinin sədri Ceyhun Aşurov bildirib.

Bununla belə, onun sözlərinə görə, ölkədəki hotellər bayramda boş qalmayıb, xüsusilə regionlardakı hotellərdə daha çox aktivlik müşahidə olunub: "Azərbaycan vətəndaşlarının 90-95 %-i regionlarda istirahət edib. Bu da regionlardakı hotellərin doluluğuna, ictimai iaşə müəssisələrinin fəaliyyətinə müsbət təsir edib. Bəzi bölgələrə, xüsusilə Qəbələ rayonuna sürət qatarı işlədiyi üçün həmin istiqamət turistlər arasında daha populyar olub. Gözlənilən odur ki, Ramazan bayramı ərəfəsində də hotellərdə sıxlıq müşahidə olunacaq. Bakıya gələn turistlərin də sayında artım gözlənilir”.

"Azərbaycan Turizm Agentlikləri Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov isə “Report”a açıqlamasında bildirib ki, bayram günlərində bütün hotellərdə doluluq müşahidə edilib: “Azərbaycanda bayram ərəfəsində turizm sektoru ən yüksək mövsüm kimi qiymətləndirilir. Həm də bir həftəl iş günləri olmadı və vətəndaşlarımız regionlardakı hotellərinə üz tutdular. Demək olar ki, bütün hotellərdə doluluq olub”.

Turizm eksperti qeyd edib ki, sektor koronavirus (COVID-19) pandemiyasından əvvəlki rəqəmləri bərpa etmək üzrədir: “Hələ ki, pandemiyadan əvvəlki rəqəmlərə çatmamışıq. 2019-cu ilin rəqəmlərinə hələ indi çatırıq. Bayram günlərində turistlərdən hər hansı bir şikayət daxil olmayıb. Ramazan ayı olduğu üçün müsəlman ölkələrindən gələnlərin sayı az idi, amma hər halda axın var idi".

"Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası"nın İdarə Heyətinin sədri, eyni zamanda "Azərbaycan Ekoturizm Assosiasiyası"nın İcraçı direktoru Samir Dübəndi isə "Report"a açıqlamasında bildirib ki, Novruz bayramı tətilləri turizm sənayesi üçün uğurlu keçib: "Regionlarda 5 ulduzlu hotellərin doluluğu 95-100 % olub. Digər yerləşdirmə vasitələrinin satışı da yüksək olub. Ənənəvi olaraq populyar və daha tanınmış destinasiyalarımız yenə də liderdirlər – Quba, Qusar, Qəbələ, Lənkaran, Astara, Şamaxı-İsmayıllı regionları, Gəncə şəhəri və Göy-Göl əraziləri olub. Xarici turistlərin də sayı gözəçarpan dərəcədə yüksək olub. Deyə bilərəm ki, Bakıda - İçərişəhərdə fəaliyyət göstərən bir çox hotellərin doluluğu yüksək olub. Növbəti həftələrdə açıqlanacaq rəsmi statistika daha ətraflı analiz etməyə imkan verəcək”.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            204 27.03.24 21:01