Ombudsmanın nümayəndələri anası tərəfindən xəsarət yetirilən azyaşlının vəziyyəti ilə bağlı araşdırma aparıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:36 "Kartdan karta" üsulu ilə işləyən daha 70 sahibkara maliyyə sanksiyaları tətbiq edildi  |     19:08 IMF 2025-ci ildə Azərbaycanda nominal ÜDM-in 77 milyard dollara qədər artacağını proqnozlaşdırır  |     18:40 Sabah qatarların “Bakmil” stansiyasına hərəkət cədvəli dəyişdiriləcək  |     18:18 Dünyada təxminən 500 milyon uşaq münaqişə zonasında yaşayır  |     17:27 Yağ alarkən nələrə diqqət etməliyik? - Ən yaxşı və pis yağlar  |     17:08 Bakıda çoxmərtəbəli yaşayış binası yanır - VİDEO  |     17:04 Azərbaycana ekstradisiya olunan şəxslərdən biri tanınmış biznesmendir  |     17:02 Evdən 400 ədəd ətçəkən oğurlandı - Qonşular saxlanıldılar  |     17:00 Şahin Bağırov iki quruma rəis əvəzləri təyin etdi  |     16:57 Bakı həbsxanasında daha bir ÖLÜM  |     16:40 Ermənistan Rusiyadan üz çevirir: Hindistandan qırıcılar alır  |     16:37 "Tərtər işi" ilə bağlı ittiham olunan bəzi şəxslərə HÖKM OXUNDU  |     14:51 Novruz bayramı günü əmisi arvadını öldürən şəxslə bağlı qərar açıqlandı  |     13:42 Sayt rəhbəri və oğlu HƏBS EDİLDİ  |     13:32 DTX-nin yaxaladığı dəstə 326 milyon manatlıq qaçaqmalçılığı necə törədib?  |     13:30 Leyla Əliyeva Altıağac Milli Parkından fotolar paylaşdı - FOTO  |     13:27 FHN: "Bu ilin 9 ayında 27 nəfər partlayışlarda həlak olub"  |     13:26 Saatlıda saxta əlillik pensiyası düzəldən baş həkimə hökm oxundu  |     13:21 Bu ilin 9 ayı ərzində təbii və texnogen mənşəli hadisələr nəticəsində neçə nəfər ölüb?  |     13:08 COP29 zolaqlarına girmək qadağası QÜVVƏYƏ MİNİR  |    

Ombudsmanın nümayəndələri anası tərəfindən xəsarət yetirilən azyaşlının vəziyyəti ilə bağlı araşdırma aparıb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) nümayəndələri tərəfindən Ağstafada azyaşlının anası tərəfindən xəsarət yetirilməsi ilə bağlı mediada yayımlanmış məlumatla əlaqədar yerində araşdırma aparılıb.

Ombudsmanın Qərb Regional Mərkəzinin əməkdaşları Ağstafa Rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın üzvləri ilə birlikdə Ağstafa Rayon Mərkəzi Xəstəxanasında uşaqla görüşərək, onun müalicəsi və səhhəti ilə maraqlanıb, hazırkı vəziyyətinin qənaətbəxş olduğu məlum olub.

Bununla yanaşı, uşağın anası və babası ilə də fərdi qaydada görüş keçirilib. Regional Mərkəzin əməkdaşları, eyni zamanda, uşağın məktəbdən kənarlaşdırılması məsələsinin araşdırılması məqsədilə Ağstafa Rayon Polis Şöbəsinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin regional filialının və Ağstafa şəhər Ə.Hüseynov adına 1 saylı tam orta məktəbin nümayəndələri ilə də görüş keçirib.

Görüşlər zamanı azyaşlının hüquqlarının, o cümlədən təhsil hüququnun bərpası ilə bağlı müvafiq tövsiyələr verilib.

Məsələnin nəzarətdə saxlanılması üçün səlahiyyətli orqanlara müraciətlər ünvanlanıb. Hazırda məsələ ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırmalar davam etdirilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            687 21.02.24 21:27