Kürdəmirə içməli suyun verilişi bərpa olunub » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:59 Bu avtobusun yolu dəyişdirilir  |     22:50 UEFA Çempionlar Liqası: Liqa mərhələsinin I turunda daha 2 görüş keçirilib  |     22:42 "WhatsApp" işlədən hər kəs üçün VACİB MƏLUMAT - Bundan sonra…  |     22:35 Livanda rabitə cihazlarında yeni partlayışlar nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb  |     22:25 FES-in uçot dərəcəsini aşağı salması Azərbaycan və dünya iqtisadiyyatına necə təsir edəcək?  |     22:16 Gecələr işləyənlərə XƏBƏRDARLIQ: ölüm riskiniz daha çoxdur  |     22:01 Sabah Bakının iki rayonunda QAZ OLMAYACAQ  |     21:45 Bakıda məhkum məhkumu ülgüclə ÖLDÜRMƏK İSTƏDİ  |     21:31 DİM müraciət yaydı  |     21:25 Yer kürəsi ilə bağlı ilginc kəşf: 450 milyon il əvvəl nə baş verib?  |     21:17 Trendyol"dan istifadə edənlərə XƏBƏRDARLIQ - Nə baş verir  |     21:06 Keçmiş vəkil məhkəmə zalında həbs olundu  |     21:00 İlon Mask yeni implant hazırlayır  |     20:55 Azərbaycanda restoranda 2 nəfərin şam yeməyi neçəyə başa gəlir  |     20:46 Türkiyə bankları Rusiyadan Avropaya ödənişləri bloklamağa başladı  |     20:40 "Meta" Instagram"da "yeniyetmə hesabları" yaradır: Onlar adi hesablardan nə ilə fərqlənəcək?  |     20:32 132 saat Xəzərdə üzüb Bakıya çatdı... (FOTO)  |     20:27 Azərbaycan Mərkəzi Bankı 4 təşkilata lisenziya verib  |     20:21 Ermənistan hərbi ehtiyaclarının 30 faizini daxili istehsal hesabına təmin etmək istəyir  |     20:16 "Kəpəz" portuqaliyalı müdafiəçi transfer edib  |    

Kürdəmirə içməli suyun verilişi bərpa olunub

Kürdəmirə içməli suyun verilişi bərpa olunub.

Bu barədə “Report”un Yuxarı Şirvan bürosuna “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin ərazi üzrə sahə rəisi Arzu Şahbazov bildirib.

O, qeyd edib ki, noyabrının 24-də rayonun Topalhəsənli kəndində Külüllü-Kürdəmir magistral su xəttinin 29-cu kilometrliyində 500 millimetrlik borunun bir hissəsi partlayıb. Bunun nəticəsində isə Kürdəmir ərazisinə və rayona yaxın 12 kəndə içməli suyun verilməsi dayandırılıb. Qəzanın aradan qaldırılması üçün idarənin texnikası və şəxsi heyəti əraziyə cəlb olunub. Görülən işlərlə zədələnmiş boru yenisi ilə əvəzlənib və qısa zamanda təmir-bərpa işləri başa çatdırılıb.

Axşam saatlarından etibarən rayon ərazisinə içməli suyun verilişi bərpa olunub.

Qeyd edək ki, Külüllü-Kürdəmir magistral su xətti 2011-ci ildə dövlət vəsaiti hesabına “Azərsu” ASC tərəfindən inşa olunub və kəmər rayonun 8 222 abonentinə xidmət göstərir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 776 25.11.23 22:49