Mojo.az Banner
20:51 Azərbaycan cüdoçularının "Böyük Dəbilqə"də ilk rəqibləri bəlli oldu  |     20:46 20 yaşlı Arzunun dəhşətli qətli: Prokurorluq azərbaycanlı üçün ömürlük həbs istəyir  |     20:40 "Sabah"ın U-19 komandası "Mançester Yunayted"ə böyük hesabla uduzdu  |     20:35 Günəşlə bağlı MÜHÜM XƏBƏR: 2029-cu ilədək...  |     20:27 Məşhur türk şoumeni infarkt keçirdi (FOTO)  |     20:22 Bakının bu ərazilərində ev alanlar daha çox qazanacaq  |     20:14 İlk qatlanan "iPhone" Azərbaycanda neçəyə satılacaq? - Video  |     20:09 Qapınıza bu sənəd asılıbsa, diqqətli olun! – Xəbərdarlıq  |     20:02 Oktyabrda neçə gün iş olmayacaq? - TƏQVİM  |     19:57 "Ana uşağını atdı" demək kifayət deyil - Psixoloq hadisənin görünməyən tərəflərindən danışdı  |     19:50 Azərbaycan balı Avropa bazarına çıxır  |     19:44 Naxçıvanda dabaq xəstəliyindən azad zona yaradılacaq  |     19:39 Gizli səs yazısı məhkəmədə sübut sayıla bilərmi? - Məhkəmə açıqladı  |     19:32 Azərbaycanda minimum əməkhaqqı bu qədər arta bilər  |     19:24 Azərbaycanda bu məhsullar bahalaşdı  |     19:16 Hotel işçilərinin hirsini bayraqdan çıxdı - Polis həbs etdi  |     19:11 Şəkidəki “zipline”də ötən ay da ciddi texniki problemlər olub - VİDEO  |     19:04 Sabah hava yağmursuz keçəcək  |     18:59 Abşeronda zəhərli ilanlar evlərə dolub - VİDEO  |     18:52 Xaricdən mal gətirənlərin nəzərinə - Yeni qayda tətbiq olunacaq  |    
Left Banner
Right Banner

60 min manatı dollara çevirmək istədi, dələduzluğun qurbanı oldu

21.11.2023 11:46 1 605
60 min manatı dollara çevirmək istədi, dələduzluğun qurbanı oldu
Bakıda 60 min manat pulu dollara çevirmək istəyən şəxs dələduzluğun qurbanı olub.

“Qaynarinfo”nun məlumatına görə, avtomobil alqı-satqısı ilə məşğul Nicat Əliyev (soyad şərti) dollar almaq üçün limiti dolduğundan Elməddin adlı tanışı vasitəsi ilə tanıdığı Qabil, İsmayıl və Ramin adlı şəxslərin hər birinə 20 min manat verib. Həmin şəxslər banklardan birində pulu dollara çevirməli, əvəzində Nicat hər birinə 20 manat pul verməli imiş.

Onlar birlikdə Xalqlar dostluğu metrostansiyasının yaxınlığında yerləşən banka gediblər. Nicat Elməddinlə birlikdə bankın qarşısında gözləyib. Əvvəlcə Qabil bankdan çıxaraq 11.750 dolları ona verib. Bir qədər sonra İsmayıl da eyni məbləği təqdim edib. Nicatın Ramin kimi tanıdığı şəxsin isə bankdan qaçdığı məlum olub.

Keçirilən əməliyyat zamanı pulu oğurlayan şəxs saxlanılıb. Aparılan araşdırma zamanı məlum olub ki, özünü Nicata Ramin kimi təqdim edib, 20 min manatını alan şəxsin əsl adı Yaşardır. Onun oğurluğu əvvəlcədən Qabil və İsmayıl adlı tanışları ilə razılaşdıraraq planlaşdırması məlum olub. Plana əsasən, onlar Nicatın verdiyi 60 mindən 40 mini dollara çevirərək qaytarmalı, qalan 20 min manatı isə oğurlayaraq aralarında bölməli imişlər.

Məhkəmə dövrünə qədər dəymiş ziyan ödənildiyindən Yaşar Zamanova (soyad şərti) iki il, Qabil Vəliyevə (soyad şərti) və İsmayıl Qəşəmova (soyad şərti) 1 il 11 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəza təyin edilib. Onlar Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli biliniblər.скачать dle 11.3
Mojo.az Banner