Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
11:17 Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib - Foto | 11:13 Azərbaycanda sabiq vəzifəli şəxs restoranda dava saldı: Xəsarət alan var - Hadisənin detalları | 11:08 Prezidentin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı paylaşım edilib | 11:03 General Natiq Əliyevin qızı saxlanıldı | 22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb |
Mojo.az Avto
Mojo.az Avto

Günəşlə bağlı MÜHÜM XƏBƏR: 2029-cu ilədək...

10.09.2026 20:35 438
Günəşlə bağlı MÜHÜM XƏBƏR: 2029-cu ilədək...
Günəşin fəallığı son iki il ərzində təxminən üç dəfə azalıb. Alimlərin hesablamalarına görə, hazırkı tendensiya davam edərsə, Günəş minimum fəallıq mərhələsinə 2029-cu ildə daxil ola bilər.

Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu və Günəş-Yer Fizikası İnstitutunun Günəş astronomiyası laboratoriyası məlumat yayıb. Məlumata görə, Günəş fəallığının göstəricisi 2024-cü ilin avqustunda 216 vahid olduğu halda, 2026-cı ilin avqustunda 76 vahidə düşüb. Bu isə son 24 ay ərzində fəallığın demək olar ki, üç dəfə azalması deməkdir.

Alimlər bildiriblər ki, son aylarda Günəş fəallığı proqnozlaşdırılandan daha sürətlə zəifləyir. Belə ki, avqust ayı üçün 90 vahidlik göstərici gözlənilsə də, faktiki nəticə 76 vahid olub. Hazırkı tendensiya davam edərsə, Günəş minimumuna əvvəlki proqnozdan 1-1,5 il tez, yəni 2029-cu ildə çatmaq mümkündür. Bununla yanaşı, alimlər Günəşdə fəallığın yenidən artacağını bildirirlər.

Onların sözlərinə görə, Günəş hazırda əsrlik maksimuma doğru hərəkət edir və bu maksimumun XXI əsrin ortalarında əldə olunacağı gözlənilir.
//sfera.az

Son xəbərlər