Mojo.az Banner
23:00 700 manat beh verib avtomobilini aldılar, qalan məbləği ödəmədilər - VİDEO  |     22:54 NASA Marsda aşkarlanan həyat izlərini Yerə çatdıra bilmir: Səbəb nədir?  |     22:46 Ceyhun Bayramov və Maqdalena Qrono regiondakı vəziyyəti müzakirə etdilər  |     22:41 “Mançester Yunayted” və “Sabah”ın start heyətləri açıqlandı  |     22:33 Özbəkistan əlifbasını dəyişdi  |     22:28 Londonda kütləvi bıçaqlanma oldu - Yaralılar var  |     22:22 Təmir səbəbindən bu yolda sıxlıq yarandı - VİDEO  |     22:14 Şirvanda ata oğlunun toyunda həbs edildi  |     22:08 AYNA müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır  |     22:03 Rusiyada azərbaycanlıya beşillik qadağa: Ölkədən çıxarıldı  |     21:56 Leyla Əliyeva Madriddə xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO  |     21:49 Azərbaycana ən çox ət bu ölkələrdən gətirilir - RƏSMİ  |     21:43 Gecə restoranın mətbəxinə girdi, samovar və kilolarla ət apardı  |     21:36 Mərkəzi Bank niyə əlavə dollar alır?  |     21:31 Dünya sürətlənib: Saatlardan ilk dəfə bir saniyə çıxarıla bilər  |     21:22 Xalq artisti Zaur Rzayevin səhhəti ilə bağlı mühüm açıqlama  |     21:17 Xəzər üçün qorxulu proqnoz: 2050-ci ilə qədər...  |     21:11 Rusiyadan ABŞ və İrana ÇAĞIRIŞ  |     21:04 Şəmkirdə istixanada yanğın olub - VİDEO  |     20:59 Bu küçədə hərəkət məhdudlaşdırılacaq  |    
Left Banner
Right Banner

Qapınıza bu sənəd asılıbsa, diqqətli olun! – Xəbərdarlıq

10.09.2026 20:09 135
Qapınıza bu sənəd asılıbsa, diqqətli olun! – Xəbərdarlıq
Sosial şəbəkələrdə ev sahiblərinin qarşılaşdığı vergi öhdəliyi ilə bağlı şikayət və suallar müzakirələrə səbəb olub. Vətəndaşlardan biri bildirib ki, 4-5 ay əvvəl aldığı evin qapısına vergi ilə bağlı bildiriş asılıb, lakin sənəddə vergi ödəyicisi kimi onun deyil, əvvəlki ev sahibinin adı göstərilib. Paylaşımın şərhlərində bir çox vətəndaş da oxşar halla qarşılaşdığını bildirib.

Bəs bu vergi nədir və kimlər üçün məcburidir? Evini yeni alan şəxsin əvvəlki sahibin vergi borcunu ödəməsi tələb oluna bilərmi? Əvvəlki dövrdən yaranan borc yeni ev sahibinin üzərinə keçirmi? Bu ödəniş edilmədikdə hansı hüquqi nəticələr yarana bilər?

Globalinfo.az-a danışan hüquqşünas Xəyal Bəşirov deyib ki, bu, yerli, yəni bələdiyyə vergiləridir:

“Əsas söhbət konkret olaraq əmlak vergisinin toplanmasından gedir. Son zamanlar bu verginin toplanması ilə bağlı bələdiyyələrin daha aktiv fəaliyyət göstərdiyini görürük. Əmlak vergisi mülkiyyətçi üçün aktual öhdəlikdir.

Lakin bəzi hallarda evin mülkiyyətçisi dəyişdikdən sonra əvvəlki mülkiyyətçiyə aid olan dövr üzrə vergi yeni mülkiyyətçidən tələb olunur. Bu, düzgün deyil və qanunvericiliyin tələblərinə ziddir. Vergi öhdəliyi şəxsin əmlak üzərində mülkiyyət hüququ yarandığı andan başlayır. Buna görə də yeni mülkiyyətçidən əvvəlki dövrə aid verginin tələb edilməsi əsaslı sayıla bilməz. Bundan başqa, bəzi hallarda əmlak vergisinin düzgün hesablanmadığı ilə də qarşılaşırıq. Özüm də belə halların şahidi olmuşam. Sistemə müəyyən məbləğ daxil edilir və sonradan həmin məbləğin sistemdən silinməsinin mümkün olmadığı əsas gətirilərək vətəndaşdan ödəniş tələb olunur”.

Hüquqşünas bildirib ki, əmlak vergisi vətəndaşların mülkiyyətçi kimi qeydiyyata alındıqları gündən hesablanmalıdır:

“Eyni zamanda, qanunvericilikdə vergi güzəştləri və vergidən azadolmalar da nəzərdə tutulub. Şəhərin müxtəlif əraziləri müəyyən kateqoriyalara bölünür və əmlak vergisinin məbləği həmin kateqoriyalara uyğun olaraq fərqli hesablanır. Digər tərəfdən, bələdiyyələrin fəaliyyəti yalnız vergi toplamaqla məhdudlaşmamalıdır. Əvvəllər “bələdiyyə” anlayışı daha çox torpaq satışı ilə əlaqələndirilirdi. Bu gün isə vətəndaşların gündəlik həyatında bələdiyyələrin əsasən əmlak vergisi toplayan qurum kimi görünməsi müəyyən suallar yaradır. Bələdiyyələrin yerli əhaliyə göstərdiyi xidmətlər və onların gündəlik həyatda rolu da daha aydın görünməlidir. Ona görə hesab edirəm ki, vətəndaşlar mülkiyyətçi olmadıqları dövrə aid vergini ödəməməlidirlər. Belə hallarla qarşılaşdıqda bələdiyyələrə öz tələblərini bildirməli və yalnız mülkiyyətçi olduqları dövrə aid vergini ödəməlidirlər”.скачать dle 11.3
Mojo.az Banner