Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi |
Mojo.az Avto
Mojo.az Avto

Abşeronda zəhərli ilanlar evlərə dolub - VİDEO

10.09.2026 18:59 327
Abşeronda zəhərli ilanlar evlərə dolub - VİDEO
Gürzələr evlərə doluşub… Sakinlər evlərində qala bilmədiklərini iddia edirlər…

Median.Az
Xəzər Tv-yə istinadən xəbər verir ki, görüntülər Abşeronun Pirəkəşkül kəndindəndır.

51 yaşlı sakin Nailə Alıyeva bildirir ki, indiyədək 4 gürzə ilanını öldürmək məcburiyyətində qalıb. Onun sözlərinə görə, xüsusilə gecə saatlarında evə daxil olan zəhərli ilanlar ailə üzvlərinin rahatlığını əlindən alıb.

Nailə Alıyeva deyir ki, vəziyyətin təhlükəli olması səbəbindən bir müddət kənddən uzaqlaşaraq Sumqayıtda kirayə evdə yaşamaq məcburiyyətində qalıblar. Lakin maddi imkanları kirayədə uzun müddət qalmağa imkan vermədiyindən yenidən kənddəki evlərinə qayıdıblar. Onun sözlərinə görə, gürzələrin sayı artdıqca kənddə yaşayan insanlar daha da təşvişə düşürlər. Hətta, iddia olunur ki, zəhərli ilanlar heyvanlara da hücum edirək bəzi hallarda onları tələf edir.

Sakinlər bildirirlər ki, xüsusilə uşaqlar və yaşlılar üçün ciddi təhlükə yaranıb. Onlar aidiyyəti qurumlardan əraziyə baxış keçirilməsini, ilanların məskunlaşdığı yerlərin müəyyən edilərək zəruri tədbirlərin görülməsini istəyirlər.

Pirəkəşkül kəndində yaranan təhlükəli vəziyyətlə bağlı Abşeron rayon İcra Hakimiyyətindən bildirildi ki, aidiyyəti qurumlarla birgə həmin əraziyə baxış keçirilərək. Sözügedən mənzil də daxil olmaqla, bir neçə istiqamətdə zəruri tədbirlər görüləcək.

Son xəbərlər