Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
11:17 Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib - Foto | 11:13 Azərbaycanda sabiq vəzifəli şəxs restoranda dava saldı: Xəsarət alan var - Hadisənin detalları | 11:08 Prezidentin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı paylaşım edilib | 11:03 General Natiq Əliyevin qızı saxlanıldı | 22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb |
Mojo.az Avto
Mojo.az Avto

Gizli səs yazısı məhkəmədə sübut sayıla bilərmi? - Məhkəmə açıqladı

10.09.2026 19:39 321
Gizli səs yazısı məhkəmədə sübut sayıla bilərmi? - Məhkəmə açıqladı
Mülki məhkəmə icraatında şəxsin məlumatı və razılığı olmadan gizli şəkildə əldə edilmiş səs yazısının sübut kimi istifadə edilməsi məsələsinə Şirvan Kommersiya Məhkəməsi tərəfindən hüquqi qiymət verilib.

Bu barədə vəkil Vüsal Cəfərov məlumat verib.

Vəkilin sözlərinə görə, Şirvan Kommersiya Məhkəməsinin icraatında olmuş mülki iş üzrə məhkəmə tərəfin təqdim etdiyi audioyazıların qarşı tərəfin məlumatı və razılığı olmadan gizli şəkildə əldə edildiyi halda, həmin məlumatların sübut kimi istifadəsinin yolverilməz olması mövqeyindən çıxış edib.

Məhkəmə bu məsələyə yalnız Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsinin tətbiqi baxımından deyil, həm də “qanunsuz sübut” anlayışının mahiyyəti baxımından yanaşıb. Qeyd olunub ki, qanunsuz sübut həm məlumatın qanuna zidd hərəkət nəticəsində əldə edilməsi, həm də qanuni əldə edilmiş məlumatdan qanuna zidd şəkildə istifadə olunması formasında meydana çıxa bilər.

Məhkəmənin yanaşmasına əsasən, şəxsin səsi, görüntüsü və şəxsiyyəti ilə bilavasitə bağlı digər məlumatlar şəxsi toxunulmazlığın tərkib hissəsi hesab olunur. Bu səbəbdən şəxsin iradəsindən kənar onun səsinin yazılması və sonradan həmin yazının məhkəmə prosesində onun əleyhinə istifadə edilməsi yalnız prosessual sübut məsələsi deyil, eyni zamanda şəxsiyyət hüquqlarına müdaxilə kimi qiymətləndirilə bilər.

Vüsal Cəfərov bildirib ki, Mülki Prosessual Məcəllənin 76-cı maddəsinə əsasən səs və video yazıları prinsip etibarilə sübut vasitəsi sayılsa da, bu, onların bütün hallarda məhkəmə tərəfindən qəbul ediləcəyi demək deyil. Burada əsas məsələlərdən biri məlumatın hansı üsulla əldə edilməsidir.

“Əgər məlumat qanunun və şəxsi toxunulmazlıq hüququnun tələbləri pozulmaqla əldə edilibsə, belə məlumatdan sübut kimi istifadə edilməsinə yol verilmir. Başqa sözlə, sübutun məzmunu ilə yanaşı, onun hansı şəraitdə və hansı üsulla əldə edilməsi də hüquqi baxımdan mühüm əhəmiyyət daşıyır”, – deyə vəkil qeyd edib.

Son xəbərlər