Xeyli dərman və siqaretin ölkəyə gizli keçirilməsinin qarşısı alındı
Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Bildirilib ki, Təbriz-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşlarının baqajlarına stasionar rentgen qurğusunda baxış keçirilib və şübhəli təsvirlər müşahidə olunub.
Yoxlama zamanı hər üç vətəndaşa məxsus baqajlardan gömrük nəzarətindən gizlədilən dərman vasitələri - 12 440 ədəd həb, 4 066 ədəd kapsul, 162 ədəd və 41 qutu maye məhlul, 120 paket toz halında məhlul, 70 ədəd şam, 2 qutu iynə, 58 qutu və 613 ədəd maz, 1 qutu gel, həmçinin 4 460 ədəd siqaret aşkar olunub.