Mojo.az Banner
19:01 Qarabağ Universitetində yeni təyinat  |     18:54 Universitetdən qovulan tələbə videomüraciət yaydı  |     18:48 Bakıda oğurluq edənlər tutuldu  |     18:40 Sabah 35° isti olacaq  |     18:35 Azərbaycanda ana övladını mirasdan məhrum etdirdi  |     18:26 Avtomobilin nömrəsini lentlə gizlədən sürücü saxlanıldı  |     18:21 Bakıda piyada keçidindəki eskalatorlar işləmir - VİDEO  |     18:21 Bu şəxslərin satınalmaları ilə bağlı yeni qayda tətbiq ediləcək  |     18:13 Şəhidin həyat yoldaşı vəfat etdi  |     18:08 Şəxsiyyət vəsiqəsində ananın adı niyə yoxdur? - VİDEO  |     18:05 Paytaxtın hazırda bəzi küçələrində sıxlıq var - SİYAHI  |     17:35 Qayınata gəlininin qətlində təqsirləndirilir  |     17:35 Paşinyan Bakı ilə razılaşma barədə danışdı: Vəziyyətin yaxşılaşacağını gördük  |     17:27 Azərbaycanda zəlzələ oldu - FOTO  |     16:15 Universitetdən xaric olundu, hərbi xidmətə çağırılacaq? – RƏSMİ CAVAB  |     16:00 Uşağı döymək olmaz, bəs valideyn nə etsin?  |     15:29 Şəmkirdə 13 il əvvəl törədilən qətlin üstü açıldı - 24 yaşlı qadın tamah məqsədilə öldürülüb  |     15:19 Gürcüstan İranla hava əlaqəsini dayandırdı  |     15:06 Deputat xəstəxanalardakı vətəndaşları narazı salan növbələrdən danışdı: "Ciddi fikir veriləcək"  |     14:25 Azərbaycan futbol tarixində ilk: Final Gəncədə olacaq  |    
Mojo.az Avto
Mojo.az Avto

Valideyn icazəsi olmadan hesab açmaq mümkün olmayacaq? - Video

09.06.2026 12:40 468
Valideyn icazəsi olmadan hesab açmaq mümkün olmayacaq? - Video
Azərbaycanda uşaqların sosial şəbəkələrdən istifadəsi ilə bağlı yeni qaydalar gündəmə gəlib.

Təklifə əsasən, sosial media platformalarında fərdi hesab açmaq üçün minimum yaş həddi 16 olmalıdır.

Median.Az Baku TV-yə istinadən xəbər verir ki, 16-18 yaş arası şəxslər isə yalnız valideynlərinin və ya qanuni nümayəndələrinin razılığı ilə sosial şəbəkələrdə hesab yarada biləcəklər. Əsas məqsəd uşaqları zərərli kontentdən, kibertəqibdən (bullinqdən), manipulyativ çağırışlardan, cinsi istismar risklərindən və psixoloji təsirlərdən qorumaqdır.

Qanun layihəsində sosial media platformaları üçün də konkret tələblər nəzərdə tutulur. Belə ki, platformalar yaşın təsdiqlənməsi mexanizmlərini tətbiq etməli, azyaşlılarla bağlı toplanan fərdi məlumatlardan kommersiya məqsədilə istifadə etməməli və dövlət qurumlarına müvafiq hesabatlar təqdim etməlidirlər.

Müzakirə olunan dəyişikliklərdə diqqətçəkən məqamlardan biri də 16-18 yaşlı istifadəçilər üçün sonsuz sürüşdürmə (infinite scroll) və videoların avtomatik oynadılması kimi asılılıq yarada bilən texnoloji mexanizmlərin məhdudlaşdırılmasıdır. Mütəxəssislərin fikrincə, xüsusilə, qısa video formatları uşaqlarda diqqət dağınıqlığına, informasiyanın səthi qavranılmasına və yaddaş problemlərinə səbəb ola bilər.

Bununla belə, ekspertlər hesab edirlər ki, məsələ yalnız qadağalarla həll olunmamalıdır. Onların fikrincə, sosial şəbəkələrə yaş məhdudiyyətinin tətbiqi geniş ictimai müzakirələr, valideynlərin maarifləndirilməsi və məktəblərdə media savadlılığı proqramları ilə müşayiət edilməlidir.

Çünki rəqəmsal təhlükəsizliyin təmin olunması təkcə dövlətin deyil, həm də ailənin və təhsil sisteminin birgə məsuliyyətidir.
скачать dle 11.3
Mojo.az Banner