Mojo.az Banner
12:39 Gələcəkdə pensiya olmayacaq – ŞOK PROQNOZ  |     12:35 Prezident bir qrup şəxsi "Tərəqqi" medalı ilə təltif etdi - SİYAHI  |     12:22 Azərbaycanda bu bələdiyyələrin ADLARI DƏYİŞİR  |     12:10 Gürcüstan Azərbaycana yeni səfir təyin etdi  |     12:09 Azərbaycanda abortların sayı ilə bağlı vahiməli statistika  |     12:08 Bakıda ağır avtoqəza - Ölən var  |     11:47 Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı Daxili İşlər Nazirliyindən açıqlama  |     11:45 Sumqayıtda iki avtomobil toqquşub: Ölən və yaralanan var  |     11:44 Üç ölkədən xəbərdarlıq: İran casus proqram təminatı yayır  |     11:42 Süni mayalanma etdirən qadınlara xəbərdarlıq: Xərçəng riski artır?  |     11:37 İkimərtəbəli evə üçüncü mərtəbə artırılır: İcra hakimiyyətinin xəbəri olmadan tikinti aparılır? - VİDEO  |     11:29 Ailə üzvləri ilə mübahisə etdi, yaşadığı evi yandırdı  |     11:25 Tanınmış azərbaycanlı iş adamı vəfat etdi - FOTO  |     11:21 Azərbaycan nefti bahalaşdı  |     11:16 Göygöldə "Chevrolet" aşdı - Yaralılar var  |     23:00 Oturaq iş rejimi olanlar buna diqqət etməlidir  |     22:56 Konqoda Ebola epidemiyası: Ölənlərin sayı 3500-ü keçib  |     22:51 Özbəkistanda pensiya yaşı artırılır  |     22:43 "Bəniz"in apellyasiya şikayəti üzrə məhkəmənin vaxtı bəlli oldu  |     22:38 Bu işçilərlə bağlı qayda ləğv olundu  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatar biletlərinin qiymətləri dəyişə bilər - RƏSMİ

21.05.2026 16:30 633
Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatar biletlərinin qiymətləri dəyişə bilər - RƏSMİ
"Mayın 26-dan fəaliyyətini bərpa edən Bakı-Tbilisi-Bakı sərnişin qatarında bilet qiymətləri dəyişə bilər".

Bunu Oxu.Az-a açıqlamasında "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirib.

O, bilet qiymətlərinin İsveçrə frankına uyğun olaraq tənzimlənməsinə aydınlıq gətirib. Şöbə müdiri bildirib ki, bu proses qatarlarla beynəlxalq daşımalarda tətbiq olunan yanaşmadır:

"Bütün beynəlxalq marşrutlar üzrə qiymət İsveçrə frankının yerli məzənnəyə nisbəti əsasında hesablanır. Bu da onu göstərir ki, İsveçrə frankının məzənnəsi yerli valyutaya nisbətən dəyişərsə, bu dəyişiklik bilet qiymətlərinə də təsir edəcək. Təbii ki, bu prosesdə böyük təsirdən söhbət gedə bilməz.

Ümumiyyətlə, biletin qiyməti müəyyən olunarkən xidmət, keyfiyyət və təhlükəsizlik məsələləri də nəzərə alınır".

B.Hacıyev bildirib ki, Bakı-Tbilisi-Bakı sərnişin qatarının bilet qiymətlərini 2019-cu ildəki qiymətlərlə müqayisə etmək düzgün deyil:

"Həmin dövrdəki daşınma ilə indiki, "Stadler" şirkətinin istehsalı olan vaqonlarla həyata keçirilən daşınmanı müqayisə etmək doğru deyil. Çünki həmin dövrdə mövcud olan daşınma sinifləri indiki daşınmada yoxdur.

Təxmini olaraq, həmin vaxtın kupe sinfini indiki komfort sinfi ilə, SV sinfini isə lüks sinfi ilə eyniləşdirmək olar. Amma buradakı komfort sinfi əvvəlki kupe sinfindən qat-qat keyfiyyətlidir.

İndiyədək Azərbaycan dəmir yollarında belə bir sinif olmayıb. İlk dəfədir ki, komfort, komfort-plus və lüks sinif vaqonların hər kupesində ayrıca sanitar qovşağı və duş kabinəsi mövcuddur. Bu, indiyədək heç bir qatarda olmayıb".скачать dle 11.3
Mojo.az Banner