Mojo.az Banner
16:52 Qızla birlikdə Naxçıvandan Bakıya qaçmaq istəyən tələbə aeroportda tutuldu  |     16:35 Müğənni Afət Fərmanqızı növbəti dəfə məhkəməyə verildi  |     16:04 KASKO seçərkən bu səhvi etməyin: Sonradan peşman ola bilərsiniz  |     15:50 Azərbaycandan Ermənistana ixracın həcmi AÇIQLANDI  |     15:32 Reper Navai yenidən məhkəməyə veridi  |     15:27 İnterneti kəsilənlərin NƏRƏZİNƏ - Pulunuzu geri ala bilərsiniz  |     15:16 Prokurorluq İlkini toyda öldürən şəxsə verilən cəzaya etiraz etdi  |     14:26 Məktəblər açıldı, taksi qiymətləri yüksəldi: Səhər saatlarında nə qədər bahalaşma oldu?  |     14:26 Məktəblər açıldı, taksi qiymətləri yüksəldi: Səhər saatlarında nə qədər bahalaşma oldu?  |     13:56 İşsiz qaldınızsa, bu qayda dəyişə bilər: Yeni TƏKLİF gündəmdə  |     13:40 Ali Məhkəmə yetkinlik yaşına çatmayan şəxsin cinayətə cəlb edilməsinin meyarlarını açıqladı  |     13:03 Hikmət Hacıyev: "Azərbaycan Cənubi Qafqazda ABŞ-nin etibarlı tərəfdaşıdır"  |     12:45 Ağdaşda qadın evdə təmizlik işləri görərkən zəhərləndi  |     12:45 Azərbaycan neftinin qiyməti 127 dolları keçib  |     12:13 Avtoxuliqanlıq edən sürücü həbs olundu  |     11:13 Hərbi çağırışdan boyun qaçıran iki nəfər barəsində cinayət işi başlanıb  |     22:59 Etna vulkanının püskürməsi: İtaliyanın Kataniya aeroportu yenidən uçuşları dayandırıb - FOTO - VİDEO  |     22:50 Azərbaycanda məktəblərdə qızların sırğa taxması qadağan edilir? - AÇIQLAMA  |     22:44 Pəhriz saxlayanlar diqqətli olsun  |     22:39 Netanyahu Nyu-Yorka səfər edəcək  |    
Mojo.az Avto
Mojo.az Avto

Ölüm riski yüksək olan HANTAVİRUS: Azərbaycanda yoluxma varmı? - Video

11.05.2026 15:52 867
Ölüm riski yüksək olan HANTAVİRUS: Azərbaycanda yoluxma varmı? - Video
Son günlərdə hantavirusla bağlı xəbərlər dünyada diqqət çəkir. Xüsusilə xəstəliyin ağır gedişi və ölüm riski barədə xəbərlər narahatlıq yaradıb.

Argentinadan Kabo-Verdeyə gedən 150-dən çox sərnişinin və 61 ekipaj üzvünün olduğu Niderlanda məxsus "MV Hondius" kruiz laynerində hantavirusla bağlı yoluxma halları qeydə alınıb. İndiyədək azı səkkiz yoluxma və üç ölüm faktı təsdiqlənib.

Bəs Azərbaycanda risk varmı?

Median.Az Xəzər TV-yə istinadən xəbər verir ki, hazırda bu virusun yayılma və ikinci COVID-19-a çevrilmə ehtimalı dünya mediasında müzakirə edilən əsas mövzulardan birinə çevrilib.

İnfeksionistlərin sözlərinə görə, hantavirus insanlar və heyvanlar üçün təhlükə yaradan patogendir. Əsasən, gəmiricilərdən yoluxur:

"Hantavirusa yoluxmuş gəmiricilərin ifrazatları nəticəsində ətrafa yayılır. Xüsusilə təmasdan bir və səkkiz həftə ərzində ilkin kliniki əlamətlər müşahidə edilə bilər. İlkin kliniki əlamətlər isə qripəbənzər əlamətlərlə özünü göstərir.

Yüksək hərarət, halsızlıq, əzginlik, əzələ ağrıları, başağrıları kimi əlamətlər özünü göstərir. Xəstəlik, əsasən, bədən temperaturunun yüksəlməsi, güclü başağrıları, iştahasızlıq, ürəkbulanma, qusma, sümük-əzələ ağrıları ilə müşahidə olunur.

Əsasən, iki forması var: hemorragik sindromlu böyrək forması və pulmonar sindrom dediyimiz ağciyər forması.

Bu iki formadan biri inkişaf edir və təəssüf ki, letallığı yüksəkdir.

Bu xəstəlik koronavirusda olduğu kimi pandemiya törətmək potensialına malik deyil. Çünki bu xəstəlik koronavirusda olduğu kimi hava-damcı yolu ilə insandan-insana yoluxmur".

Səhiyyə Nazirliyindən sorğuya cavab olaraq bildirilib ki, hazırda Azərbaycan ərazisində hantavirus infeksiyasına şübhəli və ya təsdiqlənmiş yoluxma halları qeydə alınmayıb.

"Bu virus ölkəmiz üçün endemik hesab olunmur və mövcud epidemioloji vəziyyət virusun yayılma riskinin aşağı olduğunu göstərir. Hantavirus, əsasən, siçan və digər gəmiricilər vasitəsilə yoluxa bilər. Bu səbəbdən risk daha çox gəmiricilərlə sıx təmas olan yerlərdə mövcuddur. Profilaktik məqsədlə gigiyena qaydalarına əməl etmək, gəmiricilərə qarşı mübarizə aparmaq və köhnə məkanlarda təmizlik zamanı qoruyucu vasitələrdən istifadə etmək tövsiyə olunur".

Nazirlikdən qeyd olunub ki, hazırda vəziyyət əhali üçün narahatlıq doğurmur və epidemioloji durum müvafiq qurumlar tərəfindən daim nəzarətdə saxlanılır.
скачать dle 11.3
Mojo.az Banner