Mojo.az Banner
16:52 Qızla birlikdə Naxçıvandan Bakıya qaçmaq istəyən tələbə aeroportda tutuldu  |     16:35 Müğənni Afət Fərmanqızı növbəti dəfə məhkəməyə verildi  |     16:04 KASKO seçərkən bu səhvi etməyin: Sonradan peşman ola bilərsiniz  |     15:50 Azərbaycandan Ermənistana ixracın həcmi AÇIQLANDI  |     15:32 Reper Navai yenidən məhkəməyə veridi  |     15:27 İnterneti kəsilənlərin NƏRƏZİNƏ - Pulunuzu geri ala bilərsiniz  |     15:16 Prokurorluq İlkini toyda öldürən şəxsə verilən cəzaya etiraz etdi  |     14:26 Məktəblər açıldı, taksi qiymətləri yüksəldi: Səhər saatlarında nə qədər bahalaşma oldu?  |     14:26 Məktəblər açıldı, taksi qiymətləri yüksəldi: Səhər saatlarında nə qədər bahalaşma oldu?  |     13:56 İşsiz qaldınızsa, bu qayda dəyişə bilər: Yeni TƏKLİF gündəmdə  |     13:40 Ali Məhkəmə yetkinlik yaşına çatmayan şəxsin cinayətə cəlb edilməsinin meyarlarını açıqladı  |     13:03 Hikmət Hacıyev: "Azərbaycan Cənubi Qafqazda ABŞ-nin etibarlı tərəfdaşıdır"  |     12:45 Ağdaşda qadın evdə təmizlik işləri görərkən zəhərləndi  |     12:45 Azərbaycan neftinin qiyməti 127 dolları keçib  |     12:13 Avtoxuliqanlıq edən sürücü həbs olundu  |     11:13 Hərbi çağırışdan boyun qaçıran iki nəfər barəsində cinayət işi başlanıb  |     22:59 Etna vulkanının püskürməsi: İtaliyanın Kataniya aeroportu yenidən uçuşları dayandırıb - FOTO - VİDEO  |     22:50 Azərbaycanda məktəblərdə qızların sırğa taxması qadağan edilir? - AÇIQLAMA  |     22:44 Pəhriz saxlayanlar diqqətli olsun  |     22:39 Netanyahu Nyu-Yorka səfər edəcək  |    
Mojo.az Avto
Mojo.az Avto

ŞAD XƏBƏR: Xankəndidə şəhərdaxili avtobus marşrutları fəaliyyətə başlayır

24.04.2026 22:01 1 020
ŞAD XƏBƏR: Xankəndidə şəhərdaxili avtobus marşrutları fəaliyyətə başlayır
Xankəndi şəhərində müasir nəqliyyat infrastrukturunun qurulması istiqamətində ardıcıl işlər aparılır. Bu çərçivədə şəhərin ictimai nəqliyyat şəbəkəsi planı hazırlanıb və yeni marşrut şəbəkəsi üzrə marşrutlar artıq istifadəyə verilir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) verilən məlumata görə, yeni marşrut şəbəkəsi şəhərin bütün vacib nöqtələrini birləşdirərək sakinlər üçün fasiləsiz və keyfiyyətli nəqliyyat xidmətini təmin edəcək.

Sakinlərin rahatlığını və şəhərin vacib nöqtələri arasında fasiləsiz gediş-gəlişi təmin etmək məqsədilə üç marşrut xətti müəyyən edilib:

1 nömrəli avtobus: "Qarabağ Universitetinin Klinikası - Xankəndi Tikiş Fabriki";

2 nömrəli avtobus: "Kərkicahan qəsəbəsi - Dəmiryol və Avtovağzal kompleksi";

3 nömrəli avtobus: "Qarabağ Universitetinin Klinikası - 1-ci dairə".

Yeni marşrutlar üzrə ümumilikdə 62 dayanacaq məntəqəsi təşkil edilib və müvafiq nişanlarla təchiz olunub.

Sərnişindaşımalar "BakuBus" MMC-yə məxsus ekoloji təmiz elektrik avtobusları vasitəsilə həyata keçiriləcək. İlkin mərhələdə 10 ədəd nəqliyyat vasitəsi 14-15 dəqiqəlik intervalla xidmət göstərəcək.

Ödəniş sistemi tamamilə nağdsız qaydada tənzimlənir:

- Fiziki "BakıKart";

- QR-biletlər;

- NFC texnologiyası (istənilən bank kartı, "Google Pay" və "Apple Pay").

Sakinlər "BakıKart"ın balansını şəhərdə yerləşdirilən ödəniş terminalları vasitəsilə artıra bilərlər.

AYNA-nın Monitorinq mərkəzi avtobusların hərəkətinə real vaxt rejimində nəzarət edəcək. Qeyd edək ki, "BakuBus"ın müasir standartlara cavab verən bu təcrübəsi artıq Bakı və Gəncə şəhərlərində də uğurla tətbiq olunur.скачать dle 11.3
Mojo.az Banner