Mojo.az Banner
16:52 Qızla birlikdə Naxçıvandan Bakıya qaçmaq istəyən tələbə aeroportda tutuldu  |     16:35 Müğənni Afət Fərmanqızı növbəti dəfə məhkəməyə verildi  |     16:04 KASKO seçərkən bu səhvi etməyin: Sonradan peşman ola bilərsiniz  |     15:50 Azərbaycandan Ermənistana ixracın həcmi AÇIQLANDI  |     15:32 Reper Navai yenidən məhkəməyə veridi  |     15:27 İnterneti kəsilənlərin NƏRƏZİNƏ - Pulunuzu geri ala bilərsiniz  |     15:16 Prokurorluq İlkini toyda öldürən şəxsə verilən cəzaya etiraz etdi  |     14:26 Məktəblər açıldı, taksi qiymətləri yüksəldi: Səhər saatlarında nə qədər bahalaşma oldu?  |     14:26 Məktəblər açıldı, taksi qiymətləri yüksəldi: Səhər saatlarında nə qədər bahalaşma oldu?  |     13:56 İşsiz qaldınızsa, bu qayda dəyişə bilər: Yeni TƏKLİF gündəmdə  |     13:40 Ali Məhkəmə yetkinlik yaşına çatmayan şəxsin cinayətə cəlb edilməsinin meyarlarını açıqladı  |     13:03 Hikmət Hacıyev: "Azərbaycan Cənubi Qafqazda ABŞ-nin etibarlı tərəfdaşıdır"  |     12:45 Ağdaşda qadın evdə təmizlik işləri görərkən zəhərləndi  |     12:45 Azərbaycan neftinin qiyməti 127 dolları keçib  |     12:13 Avtoxuliqanlıq edən sürücü həbs olundu  |     11:13 Hərbi çağırışdan boyun qaçıran iki nəfər barəsində cinayət işi başlanıb  |     22:59 Etna vulkanının püskürməsi: İtaliyanın Kataniya aeroportu yenidən uçuşları dayandırıb - FOTO - VİDEO  |     22:50 Azərbaycanda məktəblərdə qızların sırğa taxması qadağan edilir? - AÇIQLAMA  |     22:44 Pəhriz saxlayanlar diqqətli olsun  |     22:39 Netanyahu Nyu-Yorka səfər edəcək  |    
Mojo.az Avto
Mojo.az Avto

"Hizbullah"a məxsus telekanalın direktoru öldürüldü

18.03.2026 15:48 1 002
"Hizbullah"a məxsus "Al Manar" telekanalının siyasi proqramlar üzrə direktoru Məhəmməd Şari İsrailin Beyruta endirdiyi zərbələr zamanı öldürülüb.

Bu barədə sözügedən telekanal məlumat yayıb.

"Həmkarımız, teleaparıcı Məhəmməd Şari və onun həyat yoldaşının Züqaq əl-Blat rayonunda yaşayış binasına raket hücumu nəticəsində həlak olmasından dərin kədər duyuruq", - deyə "Al Manar"dan bildirilib.

Qeyd olunur ki, hadisə zamanı Şarinin övladları və nəvələri xəsarət alıblar. Onlar xəstəxanaya yerləşdiriliblər.

BMT-nin məlumatına görə, 2023-24-cü illərdəki münaqişə dövründə Livanda ən azı 10 jurnalist həlak olub və daha 15-i yaralanıb. Onların arasında "Reuters", "Agence France-Presse" agentliklərinin və "Al Jazeera" telekanalının jurnalistləri də var.скачать dle 11.3
Mojo.az Banner