Mojo.az Banner
14:25 Azərbaycan futbol tarixində ilk: Final Gəncədə olacaq  |     14:22 Ramik Hacıyev millimizdən imtina etdi: Görün hansı ölkəni təmsil edəcək  |     14:17 SOMDA əməkdaşlarının tibbi təminatı DİN-ə həvalə olundu  |     14:11 İlginc qərar: Məhkəmə anası ilə sərt davranan övladı mirasdan məhrum etdi  |     13:10 Azərbaycanlı deputatlara Rusiyadan dəvət gəldi  |     12:51 “Hicablıdırsa, özünü göstərə bilməz?” – İlahiyyatçıdan müzakirələrə cavab  |     12:19 Bakıda evli kişi özündən 13 yaş kiçik qızı qaçırdı  |     12:13 Cəlilabadda qadın su quyusuna düşərək ölüb  |     12:04 Karantin rejimi ilə bağlı YENİ QƏRAR  |     12:03 Yaponiyadan Azərbaycana gətirilən dəniz duzunda uyğunsuzluq aşkarlanıb - FOTO  |     12:01 Hacıqabulda oğurluq edən şəxs saxlanıldı  |     12:01 Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü  |     12:00 Toylarında gözlənilməz qayda – Bu ənənə qadağan edilir?  |     11:58 “Həzi Aslanov”dakı təmir yekunlaşır - Bu tarixdə  |     11:50 Məktəblinin sosial şəbəkə videosu gündəm oldu: Valideynlərə xəbərdarlıq (Video)  |     11:43 Bakıda altı dost gecə dəhşət yaşadı - FOTO  |     11:41 Tələbələrə yol açıldı: Həsən Əliyev küçəsində müvəqqəti keçid yaradıldı - VİDEO  |     11:40 Azərbaycan və Qırğızıstan arasında "yol" açılır - Avtomobil əlaqələri sadələşdirilir  |     11:38 Bakıda elektrikli avtobus yolda qaldı: Sərnişinlər düşürüldülər - VİDEO  |     11:37 Azərbaycanda şok statistika: Nikahların yarısı qədər boşanma olub  |    
Mojo.az Avto
Mojo.az Avto

İraqda yaşı 1,5 milyon ilə qədər olan daş baltalar tapılıb

30.01.2025 19:02 1 140
İraqda yaşı 1,5 milyon ilə qədər olan daş baltalar tapılıb
Brüssel Azad Universitetinin belçikalı alimləri İraqın Qərb səhrasında apardıqları ekspedisiyanı yekunlaşdırıblar. İş zamanı qrup 1,5 milyon ilə qədər yaşı ola biləcək daş alətlər tapıb.

Bu barədə elmi qurumun rəsmi saytında məlumat verilib.

Arxeoloqlar Əş-Şəbəkə bölgəsindəki ərazini tədqiq ediblər. Tədqiqatçıların diqqət mərkəzində Pleystosen dövründə tamamilə qurumuş böyük bir gölün ərazisi olub. Onlar Erkən və Orta Paleolit dövrünə aid yeddi abidə aşkar ediblər.

Qurumuş gölün səth qatında 850-dən çox artefakt, o cümlədən Erkən Paleolit dövrünə aid əl baltaları (1,5 milyon il əvvəl) və levallua qəlpəsi (300-40 min il əvvəl) aşkar edilib. Sonuncular dəqiq iş üçün istifadə olunan nazik daş plitələrdir.

“Bu tapıntılar bizə qədim insanların landşaftdan necə istifadə etdiyini və iqlim dəyişikliyinə uyğunlaşdıqlarını anlamağa kömək edir”- deyə, ekspedisiyanın rəhbəri Ella Eqberts bildirib.скачать dle 11.3
Mojo.az Banner