Mojo.az Banner
22:43 "Bəniz"in apellyasiya şikayəti üzrə məhkəmənin vaxtı bəlli oldu  |     22:38 Bu işçilərlə bağlı qayda ləğv olundu  |     22:30 Sentyabrın ən sirli günləri: Bu bürclərin başına qeyri-adi hadisə gələcək  |     22:25 Uşağınız yaşıdlarından tez yorulursa, diqqət  |     22:16 "Çelsi" Bastoni üçün 68 milyon funt ödənməyə hazırdır  |     22:10 Xırdalanda qumbara partlayışında ölən qız idmançı imiş  |     22:02 Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı rəsmi açıqlama  |     21:55 Dələduzluqla nəticələnən "kafel işi: 39 min manatı necə mənimsədi?  |     21:50 İranda qorxulu anlar: Təyyarə havada parçalanmağa başladı - VİDEO  |     21:41 Çinə giriş-çıxış çətinləşdi: Yeni qaydaları pozanlar üçün böyük cərimə  |     21:35 Məhkəmə qaynını öldürüb, arvadını baltalayan çoban haqqında qərar verdi  |     21:28 "Roşka"nın məhkəməsində yeni xüsusat: Ekspert dindiriləcək  |     21:23 Sərnişinlərin nəzərinə: Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi - FOTO  |     21:15 Siqaret istəyi 6 aylıq həbslə nəticələndi  |     21:09 Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib  |     21:02 Kənd yumurtası bahalaşacaq, broyler isə... - Ekspertdən açıqlama  |     20:54 FHN-də iş, torpağa çıxarış, təqaüd vədi - On minlərlə manatlıq dələduzluq işinin detalları  |     20:46 Sentyabrda pomidor niyə bahadır? – Ekspert səbəbləri açıqladı  |     20:41 Çində ilk plastik yol inşa edildi: Asfaltına nə əlavə olunub?  |     20:33 Azərbaycan millisinin Tacikistanla oyununun hakimləri bəlli oldu  |    
Mojo.az Avto
Mojo.az Avto

“Yol terroru”nun qorxunc statistikası: 500-dən çox şəxsi ölümə aparan SƏBƏBLƏR

18.10.2021 13:18 1 407
“Yol terroru”nun qorxunc statistikası: 500-dən çox şəxsi ölümə aparan SƏBƏBLƏR
Cari ilin 9 ayı ərzində qeydə alınmış yol-nəqliyyat hadisələrinin statistikası açıqlanıb.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (DYP) məlumat yayıb.

Bildirilib ki, 2021-ci ilin doqquz ayı ərzində respublika ərazisində ölüm və xəsarətlə nəticələnən 1 171 yol-nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə 504 nəfər həlak olub, 1 043 nəfər yaralanıb.

Ötən il ölkədə pandemiya əleyhinə tətbiq olunan məhdudiyyət tədbirləri ilə əlaqədar hərəkət intensivliyinin və buna görə də qəza riskinin əhəmiyyətli dərəcədə azalması nəticəsində formalaşan göstəricilərlə müqayisədə cari ilin doqquz ayı ərzində hadisələrin sayı 26 (+2.3 %) fakt, yaralananların sayı 20 (+2 %) nəfər artıb, ölənlərin sayı isə (504) sabit qalıb.

Təhlillər göstərir ki, yol-nəqliyyat hadisələrinin 1 130-u, yəni 96,5 %-i qaydaların sürücülər tərəfindən pozulması səbəbindən baş verib. Belə qayda pozuntuları əsasən nəqliyyat vasitələrinin yüksək sürətlə idarə edilməsi (475), qarşıdan gələn nəqliyyatın hərəkət zolağına çıxma və ötmə (360), yolayrıclarını keçmə (116), nəqliyyatın sərxoş vəziyyətdə idarə edilməsi (14), sükan arxasında yatma (9) halları ilə bağlı olub.

Sürücülərlə yanaşı, piyadalar tərəfindən də yol hərəkəti qaydalarının pozulması, xüsusilə yolun nəzərdə tutulmayan yerlərdən keçilməsi hallarının davam etməsi səbəbindən cari ilin doqquz ayı ərzində 483 piyada vurma hadisəsi qeydə alınıb, bu da respublika üzrə ümumi hadisələrin 41,2 %-ni təşkil edir.

Bundan başqa, yol-nəqliyyat hadisələrin növləri içərisində toqquşma (395), aşma (113), maneəni vurma (110) halları da üstünlük təşkil edir.

Yol qəzalarında həlak olan 504 nəfərdən (onlardan: 16 yaşına qədər 39 nəfər, qadınlar 102 nəfər) 230-u piyada, 133-ü sürücü, 121-i sərnişin, 17-i velosipedçi, 3-ü isə digər hərəkət iştirakçılarıdır.скачать dle 11.3
Mojo.az Banner