Füzulidə xeyli sayda silah-sursat aşkar edilib - VİDEO
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının bu günlərdə keçirdikləri daha bir nəzarət-profilaktiki tədbir uğurla nəticələnib.
Polis əməkdaşları rayonun işğaldan azad edilmiş ərazilərində 5 avtomat, 1 pulemyot, 2 qumbaraatan, 14 müxtəlif markalı qumbaralar, silah sandıqları, əleyhqazlar, alışdırıcılar, eləcə də 985 ədəd müxtəlif çaplı güllə və digər döyüş sursatı aşkar edilərək aidiyyəti üzrə təhvil veriblər.