Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:15 Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib | 22:01 Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib | 20:28 Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - Video | 20:07 Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"də iki qızıl medal qazanıb | 20:01 Zaur Rzayev vəfat etdi | 19:43 Qeyri-etik davranışlarına görə daha bir tiktoker cəzalandırıldı | 19:41 Məşq zamanı vəfat edən Rəsulun fotosu | 19:24 Əli Əsədov Gürcüstana işgüzar səfər edib | 19:21 Taksi sürücüləri üçün vacib xəbər - Tarix açıqlandı | 18:43 Ceyranbatanda məktəbdə nə baş verib? - AQTA-dan reaksiya | 18:05 Xocalıda icazəsiz at çapanlar cərimələndilər | 17:59 Azərbaycan Kubokunda 1/8 finalın bütün cütlükləri bəlli olub | 17:40 İlham Əliyev İspaniya kralına başsağlığı verdi | 17:27 Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA | 17:14 Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi | 17:11 Kredit götürənlər və əmanət sahibləri diqqət! Mərkəzi Bankın qərarı nəyi dəyişəcək? | 17:07 Siyəzəndə ünvanlı sosial yardıma görə dava: Qayınata kürəkənini döydü | 17:05 Deputat: Məktəblərdə tərbiyə məsələsi arxa planda qalıb | 17:03 Ceyranbatanda məktəbdə 10 şagird zəhərləndi | 16:49 "Zapı" ilə avtoxuliqanlıq edən şəxs həbs olundu |
Mojo.az Avto
Mojo.az Avto

Nadir Qafarzadəyə qadağa qoyulub? - “Əxlaqsız insana yalnız...” - AÇIQLAMA

06.09.2019 19:25 3 575
Nadir Qafarzadəyə qadağa qoyulub? - “Əxlaqsız insana yalnız...” - AÇIQLAMA
"İllərdir yay mövsümündə 3 ay tam dincələ bilmirəm. Çünki tədbirlərə qatılıram, mahnılar, kliplər təqdim edirəm".

Median.Az
xəbər verir ki, bu sözləri Redaktor.az-a açıqlamasında müğənni Nadir Qafarzadə deyib. O qeyd edib ki, bu yay 10-a yaxın yeni mahnı oxuyub:

"Bunlardan "Axtarma məni", "Ay dəli dəli", "Zır dəli oluram" mahnılarımı misal gətirmək olar. Hətta kliplər də çəkdik. Yeni işlərimiz çoxdur. İnşallah yeni layihəmi də təqdim edəcəm.

Mən yaranan gündən ancaq işləyirəm. Buna baxmayaraq, 10 gün də olsa, dincəlməyə vaxt ayırıram. Həyat yoldaşımla birgə Türkiyədə dincəldim. Daha sonra Azərbaycanın bir neçə bölgəsində olduq. Açığını deyim ki, istirahətə çox zamanım olmadı. Çünki bölgələrdə keçirilən bir neçə konsertlərə dəvət almışdım. Bundan başqa klip çəkilişləri də bir müddət davam elədi".

Müğənni son günlər efirdə az-az görünməsi ilə bağlı da danışıb. Bildirib ki, son açıqlaması ilə bağlı ona televiziyaların efir qadağası qoyması xəbəri yalandır:

"Məncə bu barədə danışmaq gülüncdür. Çünki həyatda hər kəsin bir düşüncəsi var. Əxlaqsız insana yalnız əxlaqsızlar dəstək olur. Öz fikrimi demişəm. Bunu başqa yerə yozanlar günahı özlərində axtarsınlar. Mənə qadağa qoyulmayıb. Hansı dövrdə yaşayırıq ki?! Demokratik ölkədə yaşayırıq. Azad fikrimi söyləmişəm. Burada qadağan ediləcək nə var ki?! Belə bir şey yoxdur. Bir neçə verilişlərdən dəvət almışam. Yeni mövsümdən, yeni mahnılarla efirdə olacağam" - deyə Nadir Qafarzadə əlavə edib.

Son xəbərlər