Mojo.az Banner
17:06 İlham Əliyevdən Azərbaycan İnvestisiya Holdinqi ilə bağlı FƏRMAN  |     16:54 Dünya təcrübəsi Azərbaycana gəlir – Bakı küçələri avtomobillərdən təmizlənəcək?  |     16:51 Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər təxirə salındı - SƏBƏB  |     16:44 Kobaxidze: "Gürcüstan və Azərbaycan arasında heç bir gərginlik yoxdur"  |     16:28 Vüsal Şilderin qətli 10 000 manata icra olunub?  |     16:15 Cəlilabadda itkin düşən qadınla bağlı İLGİNC DETAL: "Bizi görüb qaçdı" - VİDEO  |     16:14 Bəxtiyar İsmayılov vəzifəsindən azad olundu: Nazir müavini TƏYİN EDİLDİ  |     16:13 Pakistanda azərbaycanlı qadına qarşı DƏHŞƏT: Üç kişi tərəfindən zorlandı  |     15:51 Üç uşağı nəzərə alındı, həbsə getmədi - 117 min manatlıq iş üzrə hökm  |     15:50 Azərbaycanda yeni turizm məhsulları yaradılır  |     15:33 Rusiyada təhsil almaq istəyən azərbaycanlı tələbələrlə bağlı diqqətçəkən AÇIQLAMA  |     15:31 Manatın ucuzlaşması nələrə təsir edəcək? Dərmandan turizmə qədər...  |     15:28 Keçmiş sevgililər geri qayıda bilər, amma... – Astroloqdan XƏBƏRDARLIQ  |     15:25 Jurnalist Əvəz Zeynallı vəfat etdi  |     13:33 LEYSAN olacaq, bəzi ərazilərə qar yağacaq  |     13:20 Bakının bəzi mərkəzi küçələrində avtomobillərin hərəkəti hər gün məhdudlaşdırılacaq - FOTO  |     13:03 Ukraynada həlak olan Azərbaycan vətəndaşının nəşi ölkəyə gətiriləcək  |     12:47 24 yaşlı qadının ölümünə səbəb olan həkim bir il həbsxanada qalacaq  |     12:44 "5 milyon qazansa da, gözü əlavə 100 manatdadır" – SOSİOLOQ  |     12:34 Fermerlərin NƏZƏRİNƏ: Yeni güzəştlərlə bağlı QƏRAR İMZALANDI  |    
Mojo.az Avto
Mojo.az Avto

Afət: “Aparıcılıq edəcəyəm, iş adamları, müğənnilər...”

27.03.2019 21:54 3 047
Afət: “Aparıcılıq edəcəyəm, iş adamları, müğənnilər...”
Müğənni Afət Fərmanqızı müğənni Roza Zərgərlinin onu məhkəməyə verməsi ilə bağlı açıqlamasına münasibət bildirib.

Median.Az
bildirir ki, musavat.com saytına açıqlama verən ifaçı deyib ki, müğənnilər onunla reklam qazanmağa çalışır: "Dünən susacağımı açıqladım. Savaşı akulalarla aparmaq mənim üçün şərəfdir. Amma kilkə balıqları ilə savaşmaq mənə yaraşmaz. Susmağıma səbəb budur. Mənimlə reklam qazanmaq istəyənlər çoxalıb. Məhkəmə mənim vecimə deyil. Bu dedi-qoduların mənə müsbət təsiri var. Heç vaxt 1 ayda xaricdə 7 toya dəvət olunmamışdım. Bir toy Ukraynada, 6 səfərim Rusiyayadır. Bu səfərlər varsa, deməli xalq məni sevir. Mahnılarımı istəyən insanlar öz halal qazancını mənə ödəyir. Ona görə də reklam qazanmağa çalışanlara baş qoşmayacağam".

Afət yeni yaradıcılıq planlarından da bəhs edib: "Yeni klip çəkilişinə başlayırıq. Türk dünyasına aid mahnı yazdırmışam, tezliklə təqdim edəcəyəm. "Youtube" kanalımda veriliş açacağam. 45 dəqiqə yayımlanacaq, "Afətlə dəli-dolu söhbətlər" adlanacaq. Televiziyalara böyük hörmətim var, efirə dəvət olunuram. İstəyirəm, məni sevənlər artıq mənə öz kanalımda baxsınlar. İş adamları, müğənnilər, aparıcılar və hər sahədən qonağım olacaq".

Müğənni efirlərə pul verib çıxması haqqında yayılan məlumatlara da aydınlıq gətirib: "Mən reytinqli verilişlərdə qonaq oluram. Hər verilişə getmərəm. Bəzi kanallar var ki, deyirəm, qonorarımı ver, gəlib sənə reytinq verim. Pul verib, efirə çıxmıram. DTV və ARB pul versə, onların verilişlərinə çıxaram".

A.Fərmanqızı Flora Kərimova ilə arasında yaşanan qalmaqaldan da bəhs edib:
"Flora xanım məni tənqid etmişdi, mən də zarafatla vannada çəkilən şəklini paylaşmışdım. Sonra təhqirə keçdi, verilişdə dedi ki, ay əxlaqsız, tərbiyəsiz, o pulu sənə oxumağa görə vermirlər. Ona görə də onu təhqir etdim. O, xalq artistidir deyə məni söyməlidir? Nə haqqı var? Mən alın tərimlə mahnımı oxuyub, pulumu qazanıram".скачать dle 11.3
Mojo.az Banner