Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:00 ABŞ Çin Avtomobillərinə Daimi Qadağa Hazırlayır | 22:53 Sumqayıtda gənc müəllim qəfil öldü | 22:48 Bahalı televizorlarda gözlənilməz nasazlıq: Ekranlarda tünd ləkələr yaranır | 22:40 Dekabrın ilk yarısında bürcləri nələr gözləyir? – Sevgi, iş və yeni fürsətlər | 22:35 Soyuq suda çimmək sağlamlıq üçün nə dərəcədə faydalıdır? – Həkimdən xəbərdarlıq | 22:27 17 illik ərinə xəyanət etdiyi üçün döyüldü | 22:22 "Qalatasaray" - "Aston Villa" matçının heyətləri açıqlandı | 22:14 Xəstəxananın şöbə müdiri dünyasını dəyişdi | 22:06 Türkiyədə zəlzələ oldu | 22:01 Azərbaycan Naxçıvanın dəmir yolu infrastrukturunu yeniləyir | 21:55 Azərbaycanda əməkdar müəllim vəfat etdi | 21:46 Yol polisindən sürücülərə xəbərdarlıq | 21:41 Bakıda şagirdlər arasında insident | 21:34 Dubay-Bakı reysindən sonra gömrükdə gərgin anlar: Polis hərəkətə keçdi - Anbaan görüntülər | 21:26 Dövlət Komitəsi sədrinin adından saxta əmr hazırlayan imamla bağlı qərar | 21:21 Həyat yoldaşı barəsindəki cinayət işinə xitam verilməsini istədi – 35 000 manatı ələ keçirildi | 21:12 Tərtərdə bədbəxt hadisə: Yaşlı kişi su quyusunda boğuldu | 21:05 Şirkətin üç ildir işləmədiyini dedi - Məhkəmə ölkədən çıxışını məhdudlaşdırdı | 21:00 İndoneziya Prezidenti 2027-ci ildə Azərbaycana səfər edə bilər | 20:52 İmmun sisteminin ən sürətlə qocaldığı iki yaş dövrü müəyyən edildi |
Mojo.az Avto
Mojo.az Avto

Roza Zərgərli: "Mənə Azərbaycanın Kim Kardaşyanı deyirlər"

17.04.2018 15:57 7 149
Roza Zərgərli:
“Əvvəl toya getmirdim, bir ildir yenidən başlamışam. Bu yaxınlarda verilişdə toy qiymətimi açıqladım. Ondan sonra təkliflər daha çox gəlməyə başlayıb. İnsanlar elə bilirdilər ya getmirəm, ya da çox qonorar istəyirəm. Elə qiymət deyirəm ki, ondan vaz keçmək olmur. Çox adam heç bilmirdi ki, bütov toy aparıram. Çünki statusu olan müğənnilərin əksəriyyəti yarım saatdan artıq getmir”.

Median.Az-in məlumatına görə, bu sözləri Axşam.az-a açıqlamasında müğənni Roza Zərgərli deyib. Sənətçi plastik əməliyyat etdirməsi ilə bağlı xəbərlərə münasibət bildirib:

“Liposaksiya etdirmişəm. Neçə ildir omba sümüyündən əziyyət çəkirəm. Yeriməyimdə problem yaradırdı. Canım çox ağrıyır. Əməliyyat etdirdim ki, çəkim azalsın. Omba nahiyəsindəki sümüyə düşən ağırlıq azalmalı idi. Həm də pəhriz saxlayıram. Ona görə də formam qabarıq görünür. Bu da vecimə deyil".

Roza sosial şəbəkədə onu erməni əsilli dünya ulduzu Kim Kardaşyana bənzədənlərə əsəbiləşib:

"Mənə Azərbaycanın Kim Kardaşyanı deyirlər. Ayıb olsun, mənim qədər vətənpərvər yoxdur. Bütün dövlət tədbirlərində necə iştirak edirəm. Məni o erməniyə bənzədirlər. Bunu da sifarişlə yazdırırlar. Dünən ortaya çıxan sıçovullar etdirir. Deyirlər, ay it, kimi tutarsan, deyir, çörək verəni”.

Son xəbərlər