Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakı leysan yağışlarına hazırdır?

03.09.2019 19:42 1 566
Bakı leysan yağışlarına hazırdır?
Dünən Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) payız-qış mövsümünə hazırlığın vəziyyəti ilə bağlı geniş müşavirə keçirilib. Eldar Əzizovun başçılığı ilə keçirilən iclasda payız-qış mövsümündə xüsusi halların baş verməsi zamanı hər bir təşkilatın konkret fəaliyyətini müəyyən edən xüsusi proqram təsdiq edilib.

Müşavirədə son zamanlar bir çox inkişaf etmiş ölkələrin iri şəhərlərində güclü yağışların, sel və subasma hallarının baş verməsi nəzərə alınaraq, mürəkkəb landşafta malik olan Bakı şəhərində belə hallar baş verəcəyi təqdirdə aidiyyəti strukturların üzərinə düşən konkret vəzifələr müəyyən edilib.

Bəs Bakı leysan yağışlarına nə dərəcədə hazırdır? Güclü yağışlar zamanı ənənəvi mənzərənin şahidi olacağıq, yoxsa?..

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən "Azərsu" ASC-nin mətbuat katibi Anar Cəbrayıllı bildirib ki, hazırda payız-qış mövsümünə hazırlıqlarla bağlı işlər gedir:

"Kanalizasiya kollektoru, xətlər yoxlanılır, yuyulur, palçıqdan, qumdan, gildən, daşdan təmizlənir. Eyni zamanda, kanalizasiya baxış quyuları, yağış barmaqlıqları yoxlanılır ki, yağıntılı aylarda xətlər normal işləsin. Dünən intensiv yağıntılar olmasına baxmayaraq, sistemlər tam şəkildə işlədi".

A.Cəbrayıllı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi Natəvan küçəsində yolun altından keçən və “Azərsu” ASC-yə məxsus kanalizasiya kollektorunda dünən baş verən qəza ilə bağlı da açıqlama verib.

O qeyd edib ki, Biləcəri qəsəbəsində çökmüş hissədə sovet dövründə tikilmiş diametri 500 millimetr olan kanalizasiya kollektorunun 50 metrlik hissəsinin dəyişdirilməsinə qərar verilib.

Son xəbərlər