Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Eldar Əzizov müşavirə keçirdi: Qurumlar vəzifələrini bilsin

02.09.2019 12:48 2 967
Eldar Əzizov müşavirə keçirdi: Qurumlar vəzifələrini bilsin
Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) payız-qış mövsümünə hazırlığın vəziyyəti ilə bağlı geniş müşavirə keçirilib.

BŞİH-dən verilən məlumata görə, rayon icra hakimiyyəti başçılarının, müvafiq struktur rəhbərlərinin iştirakı ilə keçirilən tədbirdə payız-qış mövsümündə xüsusi halların baş verməsi zamanı hər bir təşkilatın konkret fəaliyyətini müəyyən edən xüsusi proqram təsdiq edilib.

Tədbirdə çıxış edən BŞİH başçısı Eldar Əzizov payız-qış mövsümünə hazırlıq tədbirlərinin şəhərin inkişaf tempinə uyğun təşkil edilməsinin vacibliyini vurğulayıb. Qeyd edilib ki, paytaxt qurumları qış aylarında öhdələrinə düşən vəzifələri dəqiq bilməli, yarana biləcək problemləri operativ şəkildə həll etməlidir. Şəhər İcra Hakimiyyətinin, idarə və təşkilatların xüsusi texnikaları saz vəziyyətdə olmalı, kifayət qədər qum, duz və lazımi invertar ehtiyatı yaradılmalıdır.

Bildirilib ki, güclü qar yağdığı zaman və ya hər hansı digər fövqəladə halın - güclü küləyin, leysan yağışın, zəlzələnin və ya digər təbii fəlakətin baş verdiyi təqdirdə mobil rabitədə yarana biləcək problemləri nəzərə alaraq, hər bir rəhbər şəxs öz iş yerində olmalı və yaranmış problemlərin həlli üçün konkret tədbirlər görməlidir.

Müşavirədə şəhər və rayon qurumları arasında konkret vəzifə bölgüsü müəyyənləşdirilib, paytaxt rayonlarında qışa hazırlıqla bağlı qərargahların yaradılması və aidiyyəti təşkilatların iştirakı ilə müşavirələrin keçirilməsi tapşırılıb.

Müşavirədə son zamanlar bir çox inkişaf etmiş ölkələrin iri şəhərlərində güclü yağışların, sel və subasma hallarının baş verməsini nəzərə alaraq, mürəkkəb landşafta malik olan Bakı şəhərində belə hallar baş verəcəyi təqdirdə aidiyyəti strukturların üzərinə düşən konkret vəzifələr müəyyən edilib.

Son xəbərlər