Mojo.az Banner
11:58 Ali məktəblərin boş qalan yerlərinə və kolleclərə ixtisas seçimi başladı  |     11:56 Tərcüməçi Ziya Muradov dağ yürüşündə öldü - Ailəsi faktın araşdırılmasını istəyir (Yenilənib)  |     11:54 Güclü külək iki qadını xəstəxanalıq etdi  |     11:53 Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutuldu  |     11:52 Qubada usta faciəli şəkildə öldü  |     11:47 Azərbaycan nefti bahalaşıb  |     11:46 Məktəbli forması seçərkən nələrə diqqət etməli? - Mütəxəssis məsləhəti  |     11:40 48 yaşlı vəzifəli şəxs qardaşının evində qəfil öldü - FOTO  |     11:20 Bakıda yaşayış kompleksində ikinci qapının açılması üçün binanın əsas divarı dağıdıldı - Video  |     11:14 Sərhədi cəmi 20 saniyəyə keçmək mümkün olacaq - FOTO  |     11:09 Bakıda kamera quraşdıran 36 yaşlı kişi faciəli şəkildə öldü  |     22:57 Yeni təmayül tədris modeli tətbiq edilən məktəblərin qəbul nəticələri açıqlanıb  |     22:50 Böyük Britaniyada hava limanları kiberhücuma məruz qalıb  |     22:42 Bərdədə avtomobil evə çırpılıb: Maşını uşağın idarə etdiyi iddia olunur - VİDEO  |     22:36 "Sabah"ın rəqibləri bilindi: İspaniya, İngiltərə, İtaliya və Almaniya nəhəngləri (YENİLƏNİB)  |     22:30 Elnarə Təhməzova tələbə oldu  |     22:23 600-dən çox bal toplayan 30 abituriyent qəbul olunmadı  |     22:15 Tovuzda 116 min manatlıq "hərrac dələduzluğu"  |     22:07 Sabah çimərliyə gedənlərə xəbərdarlıq  |     21:59 Azərbaycanlı avtoritet Soçidə saxlanıldı, polis məntəqəsində öldü (FOTO)  |    
Left Banner
Right Banner

İordaniya mətbuatı Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətindən yazdı - FOTO

02.09.2019 12:05 2 033
İordaniya mətbuatı Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətindən yazdı - FOTO
İordaniyanın "Petra" dövlət informasiya agentliyində, aparıcı "Əd-Dustur" və "Ər-Ray" qəzetlərində, eləcə də www.orobanews.com, www.nayrouz.com kimi xəbər portallarında Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyəti haqqında məqalə yayılıb.

Azərbaycanın İordaniyadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, məqalədə Mehriban Əliyevanın həyatı, çoxşaxəli fəaliyyətinə nəzər salınır. Oxuculara məlumat verilir ki, Azərbaycanın birinci xanımı müxtəlif təşəbbüslər vasitəsilə xalqın geniş təbəqəsinin, xüsusilə də qaçqın və məcburi köçkünlərin üzləşdiyi problemlərin həllinə nail olur, onlar üçün firavan yaşayışın təmin olunmasında böyük rol oynayır. Heydər Əliyev Fondunun xətti ilə yeni məktəblər, xəstəxanalar, uşaq bağçaları, eləcə də talassemiya mərkəzi tikilib. Mehriban xanımın diqqət dairəsində uşaqlarla yanaşı, ahıllar və şəhid ailələri də dayanır.

Heydər Əliyev Fondunun Azərbaycanın musiqi mədəniyyətinin, xüsusilə mənsub olduğu xalqın milli musiqi növü olan muğamın təşviqində əvəzsiz xidmətlər göstərdiyi, paytaxt Bakıda Muğam Mərkəzi inşa etdirdiyi, muğam janrının bir çox ölkələrdə təbliğinə və tanıdılmasına müvəffəq olduğu məqalədə öz əksini tapır. Fondun dünyanın müxtəlif ölkələrindən dəvət olunan tanınmış və perspektivli musiqiçilərin iştirakı ilə musiqi festivalları və gecələri təşkil edərək, Azərbaycan mədəniyyətinin təbliğinə əvəzsiz töhfələr verdiyi, yaradıldığı gündən bəri dünya mədəniyyətinin inkişafında, sivilizasiyalararası dialoqun möhkəmlənməsində böyük rol oynadığı, humanist dəyərlərin, sülh və tolerantlığın yayılmasına, mədəniyyətlərarası dialoqun inkişafına müstəsna töhfələr verdiyi vurğulanır.

Məqalədə Heydər Əliyev Fondunun dəstəyi ilə Parisdəki Luvr Muzeyində İslam incəsənəti bölməsinin yaradıldığı, Versal sarayında tarixi incəsənət abidələrinin, həmçinin İkinci Dünya müharibəsi nəticəsində dağıdılmış Berlin qəsrinin, Vatikan arxivində saxlanılan nadir əlyazmaların və orada yerləşən qədim heykəllərin bərpa işlərinin həyata keçirildiyi qeyd edilir. Roma şəhərində yerləşən Kapitolini Muzeyində filosoflar zalının bərpası Fondun bu sahədə ən mühüm nailiyyətlərindən biri hesab edildiyi oxucuların diqqətinə çatdırılır. Həmçinin dünyanın müxtəlif ölkələrində baş verən təbii fəlakətlərin qurbanlarının da Mehriban xanım Əliyevanın diqqətindən kənarda qalmadığı önə çəkilir və bu yöndə təqdim edilən humanitar yardımlar yada salınır.

Azərbaycan şifahi xalq ədəbiyyatının, milli irsinin, mədəniyyət və musiqisinin qorunması və inkişafında göstərdiyi səylərin nəticəsi olaraq birinci xanımın 2004-cü ildə YUNESKO-nun, İslam dünyasının müxtəlif sahələrində xidmətlərinin nəticəsi olaraq 2006-cı ildə İSESKO-nun xoşməramlı səfiri adına layiq görülməsi barədə oxuculara məlumat verilir.

Məqalədə Mehriban Əliyevanın Azərbaycanın idman ölkəsi kimi tanıdılması istiqamətindəki dəyərli töhfələrinə də geniş yer ayrılır. Xüsusilə qeyd edilir ki, onun yorulmaz əməyi nəticəsində Azərbaycan 2015-ci ildə birinci Avropa Oyunlarına, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına, bədii gimnastika üzrə beynəlxalq kubok yarışına müvəffəqiyyətlə ev sahibliyi edib. Bundan başqa, "Avroviziya" mahnı müsabiqəsinin Bakıda yüksək səviyyədə keçirilməsində də birinci xanımın səyləri məqalədə qeyd olunur.

Diqqətə çatdırılır ki, Mehriban xanım Əliyeva gördüyü işlərə görə bir çox ölkələrin və beynəlxalq təşkilatların müxtəlif orden və medallarına layiq görülüb.

скачать dle 11.3
Mojo.az Banner