Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:22 Astroloqdan 3 günlük xəbərdarlıq: Köhnə sirrlər açılacaq, mübahisələr alovlanacaq  |     18:07 Sabiq bankirin oğlunun məhkəmə işi: "Səsyazısı var, 300 min dollarımı ələ keçirib"  |     17:53 Azərbaycan Məkkə əl-Mükərrəmə Konvensiyasını imzalayıb  |     17:43 AFFA "Səbail"in prezidenti Mirzə Bayrampuru 4 oyunluq cəzalandırıb  |     17:23 Yaxın qohumların dələduzluq əməlləri: Dəyən ziyan 5 milyon manata çatdı  |     17:19 Bakıda idarə rəisi vəzifəsindən azad edildi  |     17:06 İspaniyada iki sürət qatarı toqquşdu: 39 nəfər öldü  |     16:49 Elsevər Əliyevin həyat yoldaşı da saxlanıldı  |     16:47 Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı  |     16:45 Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv edildi  |     16:39 Borca görə hansı əmlaklara həbs qoyula bilər? – AÇIQLAMA  |     16:27 Prezidentdən daşınmaz əmlakın reyestri sistemi ilə bağlı fərman  |     16:09 Ramiz Mehdiyev AMEA-dan qovuldu  |     15:16 İranda şəhər başçısı güllələndi  |     15:04 Azərbaycanda nikahların sayı 18 ilin ən aşağı səviyyəsinə düşüb - Boşanmaların statistikası  |     15:00 Özünü generalın adamı kimi təqdim edən sahibkar həbs olundu  |     14:48 Məmurlara biznes və əlavə gəlirlərlə bağlı yeni qadağalar qoyulur  |     14:42 Qışda bu məhsul bahalaşacaq — İqtisadi paradoks  |     14:21 Məktəb psixoloqlarının fəaliyyəti dəyişməlidir - AÇIQLAMA  |     14:12 Hər gün saç düzləşdirilməsi böyrəklərə zərər verə bilər – AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

Artıq çəkili insanları təhqir edən aparıcı efirdən uzaqlaşdırıldı - Misirdə

29.08.2019 22:39 2 069
Artıq çəkili insanları təhqir edən aparıcı efirdən uzaqlaşdırıldı - Misirdə
Misirdə teleaparıcı kök insanlar haqqında işlətdiyi ifadələrə görə efirdən uzaqlaşdırılıb.

Bu barədə "Gulf News" xəbər yayıb.

Belə ki, aparıcı Riham Said kök insanları həm ailələri, həm də dövlət üçün artıq yük adlandırıb.

Said gənc qızlar haqqında olan verilişinin epizodlarından birini artıq çəkili insanlara həsr edib.

Tamaşaçılara müraciət edən aparıcı onlara səslənib: "Kök olanda həm pis görünürsüz, həm də gəzə bilmirsiniz. Üstəlik, artıq çəkili qızların evlənmək şansı da olmur".

Bu ifadələrdən sonra ciddi tənqid və təzyiqlə üzləşən aparıcı haqqında məhkəmə işi başlayıb.

Onun çalışdığı "Əl Hayat TV" isə məhkəmə qərarına qədər aparıcını işdən uzaqlaşdırmağı qərara alıb.

Riham Said məsələ ilə bağlı açıqlama verərək, əslində heç kimi incitmək istəmədiyini, sadəcə piylənmənin zərərləri haqqında danışmaq məqsədi ilə bu sözləri işlətdiyini bildirib.

Əleyhinə "Facebook" sosial şəbəkəsində geniş kampaniya başladılan aparıcı açıq şəkildə üzr istəyib və bir müddət ailəsi ilə məşğul olmaq üçün işindən ayrılacağını bildirib.

Son xəbərlər