Mojo.az Banner
17:10 DMX: 108 nəfərin Azərbaycandan çıxarılmasına dair qərar verilib  |     16:57 Gəncədə direktor müavininin güllələnməsinin ŞOK TƏFƏRRÜATI - Oğlu saxlanıldı (Foto / Yenilənib)  |     16:39 Abşeronda keçmiş bələdiyyə sədri saxlanıldı - Ağır ittihamlar  |     16:38 Azərbaycanda kişi cinsli vətəndaşların ilkin hərbi qeydiyyata alınması qaydası təsdiqlənib  |     16:26 Avropa ölkələrindən 41 azərbaycanlı çıxarıldı  |     15:52 Alüminiumun qiyməti rekordunu yenilədi  |     15:23 Lənkəranda iki uşaq atası sevgilisini dəniz kənarında döydü  |     15:21 İmtahan saxtakarlığı üzrə məhkəmə davam etdirilib - Kamran Əsədovun vəsatəti rədd olunub  |     15:17 Azərbaycanda dilənçiliyə görə cəzalar tətbiq ediləcək  |     15:14 Avtomobilə yazılan cərimələrlə bağlı YENİLİK  |     15:08 Süni intellektlə bunu edənlər - 7 ilədək həbs olunacaq  |     14:58 Bakıda “Ferrari” qaydaları belə pozdu - Video  |     14:45 Uşaqda zorakılıq əlamətləri barədə məlumat verməyənlər cərimələnəcəklər  |     14:38 Leyla Əliyeva yeni şeirini təqdim edib - FOTO  |     14:32 Yeni cərimələr müəyyənləşir: Bəzi şəxslər 500 manatdan 1 500 manatadək cəzalandırıla bilərlər  |     13:37 Səs-küylü cinayət işi Ali Məhkəmədə - Bakıda TIR-larla yolu kəsən şirkət rəhbəri ilə bağlı QƏRAR  |     13:31 FTB-nin məlumat bazasına sızan haker ABŞ rəsmilərini hədələyib  |     13:29 Bakıda səfirliyi yandıracağı ilə hədələyən şəxslə bağlı YENİ QƏRAR  |     13:05 62 mindən çox şagird üçün buraxılış imtahanı keçiriləcək  |     13:01 İranın yeni Ali Lideri Müctəba Xamenei yaralanıb - RƏSMİ  |    
Left Banner
Right Banner

Rəsmi Bakıdan Mnatsakanyanın çıxışına sərt reaksiya: Vəziyyətin gərginləşməsini istəyirlər?!

27.08.2019 18:52 3 293
Rəsmi Bakıdan Mnatsakanyanın çıxışına sərt reaksiya: Vəziyyətin gərginləşməsini istəyirlər?!
Azərbaycan Xarici İşlər Nazirliyi avqustun 27-də Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyanın XİN-in mərkəzi aparatının, habelə diplomatik və konsulluq nümayəndəliklərinin rəhbərləri qarşısında çıxışına reaksiya verib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, Mnatsakanyan Azərbaycanın ünvanına tamamilə reallıqdan uzaq və danışıqların mahiyyətinə uyğun olmayan iddialar səsləndirib.

Nazirlikdən vurğulanıb ki, Dağlıq Qarabağ Azərbaycan Respublikasının ayrılmaz hissəsi olub, hazırda onun ayrılmaz hissəsidir və bu, gələcəkdə də belə olacaq:

"Bütün dünya birliyi bu həqiqəti tanıyır və birmənalı olaraq Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalını pisləyir. "Dağlıq Qarabağ xalqı" anlayışı yoxdur, Azərbaycanın bu bölgəsinin erməni və azərbaycanlı icmaları vardır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün beynəlxalq səviyyədə qəbul edilmiş model, beynəlxalq hüququn norma və prinsiplərinə, BMT, ATƏT və digər beynəlxalq təşkilatların qərarlarına, ilk növbədə, BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsinə əsaslanır. Dinc nizamlanma çərçivəsində konkret addımlar isə ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən irəli sürülüb və bu ilin 9 mart tarixli son bəyanatları da daxil olmaqla həmsədrlər tərəfindən dəfələrlə səsləndirilib.

Beynəlxalq miqyasda tanınmış multikultural cəmiyyətə sahib olan, çoxlu sayda müxtəlif etnik qrupların vətəni olan Azərbaycan dövləti, bütün əzəli azərbaycanlı əhalini hazırda bu ölkənin yerləşdiyi ata-baba torpaqlarından qovan və üstəlik Azərbaycanın işğal olunmuş ərazilərində ən ifrat təzahürü Xocalı faciəsi olan dəhşətli etnik təmizləmə həyata keçirən monoetnik Ermənistanla heç bir müqayisəyə gələ bilməz.

Ermənistan XİN başçısının vətəndaşların öz iradələrini azad ifadə etməsini nəzərdə tutan xalqların öz müqəddəratını təyinetmə hüququna istinad edərək təmsil etdiyi ölkənin təcavüzkar niyyətlərinə hər hansı şəkildə haqq qazandırmaq cəhdləri, nə beynəlxalq hüquqa, nə də sağlam məntiqə uyğun gəlmir. Həqiqətən, hər hansı bir ərazinin əhalisinin bir hissəsinin hüquqlarını bu ərazinin əhalisinin digər hissəsinin hüquqlarını tamamilə pozaraq həyata keçirmək mümkün deyil.

Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı Azərbaycanın hazırda Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasının hüquqları kütləvi şəkildə pozulub. Yalnız Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycan icmasının öz doğma yerlərinə təhlükəsiz qayıdışı və orada ləyaqətli yaşayışı ilə təməl hüquqlarının bərpasından sonra bu bölgənin sakinlərinin özünüidarəetmə hüquqlarının həyata keçirilməsi formaları üzrə konkret müzakirələr aparmaq mümkün olacaq.

Ermənistan Xarici İşlər nazirinin daxili auditoriyaya yönəlmiş son açıqlaması Z.Mnatsakanyanın hər zaman çox canfəşanlıqla guya istədiyi, münaqişənin sülh yolu ilə həlli əvəzinə, onun kəskinləşməsi kimi çox təhlükəli tendensiyaya gətirib çıxarır.

Ermənistan artıq müəyyən etməlidir, o, sülh istəyir, yoxsa vəziyyətin gərginləşməsini?! Belə bir təsəvvür formalaşır ki, hazırkı Ermənistan rəhbərliyi münaqişənin həll olunmasına deyil, bilərəkdən vəziyyətin gərginləşməsinə üstünlük verir. Təəssüflə qeyd olunmalıdır ki, bu gün rəsmi Yerevan reallıqlara əsaslanan yanaşmadan deyil, ilhaqçı mövqedən çıxış edir. Lakin istənilən halda aydındır ki, Azərbaycan heç vaxt işğala əsaslanan status-kvo vəziyyəti ilə barışmayacaq. Bizim səbrimiz tükənməz deyil".скачать dle 11.3
Mojo.az Banner