Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:13 Green Card arzusu niyə yarımçıq qalır? – Trampın miqrasiya siyasətinin pərdəarxası | 14:00 Jurnalistlərlə bağlı hadisələrin arxasında hansı səbəblər dayanır? – Açıqlama | 13:54 Ceyranbatan gölündə meyit tapılması xəbəri ilə bağlı AÇIQLAMA | 13:36 Binədə törədilən qətllə bağlı ailənin azyaşlı övladı: "Atam dedi ki, əgər burada qalmasanız, sizin üçün yaxşı olmayacaq" | 13:26 Universitet və kolleclərdə vahid geyim forması tətbiq olunacaq? | 13:09 Çimnaz Sultanovanın əsl ölüm səbəbi ilə bağlı yeni iddia | 13:06 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi - Video | 13:01 Geyim qaydalarına əməl etməyən şagirdlərə attestat verilməyəcək? - Rəsmi açıqlama | 12:57 Azərbaycanda reabilitasiya mərkəzlərindən biri ləğv olunur | 12:53 İstilik mövsümünə daha tez başlanılan rayonların sayı xeyli artırıldı - Siyahı (Yenilənib) | 12:38 Koronavirus yenidən baş qaldırır: Azərbaycana təhlükə varmı? | 12:32 200 min manatlıq rüşvətə görə həbs edilən vəzifəli şəxslərdən xəbər var | 12:22 Müəllim olmaq istəyənlərin nəzərinə: Vakansiyalar elan edilir | 12:20 Oğuzda meşədən yanmış kişi meyiti tapıldı | 12:19 25 gün meteor yağışı olacaq | 12:09 İşdən çıxarılan şəxslərə kredit borcları ilə bağlı şad xəbər | 11:44 Novxanı-Pirşağı yolunda qəza: 5 nəfər xəsarət aldı | 11:40 Antonelli tarixdə ən gənc "Formula-1" çempionu oldu | 11:34 Bakı Dövlət Universitetinin dosenti vəfat etdi | 11:25 "Binance" istifadəçiləri vəsaitlərini kütləvi şəkildə çıxarırlar |
Mojo.az Avto
Mojo.az Avto

DİQQƏT! Əcnəbilərlə evlənən qızları gözləyən təhlükə

17.08.2019 17:33 2 521
DİQQƏT! Əcnəbilərlə evlənən qızları gözləyən təhlükə
Son vaxtlar əcnəbilərlə ailə quran vətəndaşlarımızla bağlı problemlər tez-tez gündəmə gəlir. Əcnəbilərlə rəsmi nikah olmadan ailə quran azərbaycanlı xanımlar aliment, yaşayış icazəsi, eləcə də övlada atanın soyadının verilməsi kimi problemlərlə qarşılaşırlar. Bəs görəsən, bu problemlərin həll edilməsi üçün hansı addımlar atılmalıdır?

Median.Az
bildirir ki, məsələ ilə bağlı Axar.az-a danışan sabiq deputat Aqil Səmədəbəyli Türkiyədə bu istiqamətdə problem yaşayan soydaşlarımıza dəstək olduğunu bildirib.

"Vətəndaşının hüquqlarını müdafiə etmək dövlətin borcudur. Ancaq bu, hər zaman mümkün olmur. Ona görə də vətəndaşlarımız özü təşkilatlanmalı və bir-birinə dəstək verməlidir. Təəssüf ki, Türkiyədə o qədər çox problemli insanımız var ki, hamısına kömək etməyə gücüm çatmaz. Bunu nəzərə alaraq, bu işi sistemli görmək üçün təşkilatlanırıq",- Səmədbəyli deyib.

A.Səmədbəylinin sözlərinə görə, digər xarici ölkələrdə olan ziyalılarımız da təşkilatlanaraq, soydaşlarımızın bu cür problemlərinin həllinə yardımçı ola bilərlər.

Məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Elgün Səfərov saytımıza bildirib ki, 2018-ci ildə əcnəbi və vətəndaşlığı olmayan şəxslərlə Azərbaycan vətəndaşları arasında 2256 nikah bağlanıb, həmin nikahlardan 149-u boşanma ilə nəticələnib:

"Adətən belə cütlüklərin boşanmasının əsas səbəbi tərəflərin bir-birini yaxşı tanımaması, mədəniyyətlərin uyğunsuzluğu, ailə dəyərlərinin fərqliliyi, eləcə də zorakılıq hallarıdır".

E.Səfərov xaricilərlə ailə həyatı quran Azərbaycan vətəndaşlarının sıx rastlaşdığı problemlərə də toxunub:

"Burada ən böyük problem rəsmi nikahın olmamasıdır. Bu da öz növbəsində boşanma zamanı uşaqların hansı valideynin himayəsinə verilməsi, qeydiyyat məsələsi, əmlak, aliment hüququ, eləcə də qadınların öz hüquqlarının qorunması kimi problemlər yaradır.

Çox təəssüf ki, belə işlərə hansı məhkəmələr tərəfindən baxılması məsələsi də problem yaradır. Burada hüquqi məsələlər çoxdur. Nikah hansı ölkədə bağlanıbsa, şikayətlərə də adətən o ölkədə baxılır. Buna baxmayaraq, qərar Azərbaycanda da verilə bilər. Ancaq istər-istəməz proses uzanır.

Belə problemlərin həlli istiqamətində Ədliyyə Nazirliyi və aidiyyəti qurumlarla birgə iş aparırıq. Amma məsələnin araşdırılması üçün ilk növbədə Komitəyə şikayət daxil olmalıdır. Belə məsələlərlə bağlı KİV-də, eləcə də sosial şəbəkələrdə yayılan məlumatlarla bağlı fakt təsdiqini tapsa, biz araşdırma işlərinə başlayırıq.

Sənədləşdirmə ilə bağlı problem yarananda həmin şəxsin arxiv sənədlərinə baxılır. Azərbaycanda doğulubsa, doğum haqqında şəhadətnamənin surəti arxiv idarələrindən tapılır və həmin sənədə əsasən vətəndaşa şəxsiyyət vəsiqəsi verilir".

Son xəbərlər