Mojo.az Banner
Son Xəbərlər
23:50 Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq  |     23:01 Parisdə komendant saatı elan edildi  |     22:50 "Barbarların səviyyəsinə enmədik" - Prezident (VİDEO)  |     22:47 Vəkili Nəvainin həbsdəki həyatından danışdı  |     22:40 Sankt-Peterburqda 5 nəfərdə meymunçiçəyi təsdiqləndi  |     22:35 Sərnişin qatarlarına 26 dəfə daş atılıb  |     22:28 4 mindən çox insan Eboladan öldü  |     22:23 Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı - Yeni qərar  |     22:14 Xəzər dənizinin Azərbaycana aid hissəsində qaçaqmal aşkarlandı  |     22:09 Azad edilmiş ərazilərdə daha 256 mina aşkarlandı  |     22:01 Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu  |     21:34 Moskvada "Qeyri-leqal-2026" əməliyyatı: 6000-dən çox miqrant Rusiyadan çıxarılacaq  |     21:18 Bakı Təşəbbüs Qrupu: "Parisdə polis kaledoniyamənşəli gənci amansızcasına döyüb"  |     21:00 İsveçrədən Çinə uçan təyyarə Bakıda məcburi eniş etdi  |     20:25 Epilepsiyalı övladını əməliyyat etdimək istədi, 22 min manatlıq dələduzluğun qurbanı oldu - Video  |     19:54 Qazaxda mal-qara otlağına ildırım düşdü, xəsarət alan var  |     19:39 Evlərə girib oğurluq edən qaraçılara hökm oxundu  |     19:26 "Falçılıq" adı altında dələduzluq edən şəxs saxlanılıb  |     19:14 Dövlət əleyhinə açıq çağırışlar yayan yeddi nəfər beynəlxalq axtarışa verildi  |     18:14 "Sabah"ın oyunu ilə əlaqədar bəzi marşrutların hərəkət sxemi dəyişdirilir  |    
Mojo.az Avto
Mojo.az Avto

Əcnəbilərlə ailə quran azərbaycanlı kişilər daha çox Rusiya, Gürcüstan və Ukrayna qadınları ilə evlənirlər (ÖZƏL)

15.11.2018 22:59 1 745
Əcnəbilərlə ailə quran azərbaycanlı kişilər daha çox Rusiya, Gürcüstan və Ukrayna qadınları ilə evlənirlər (ÖZƏL)
Son 5 il ərzində əcnəbilərlə ailə quran azərbaycanlı qadınlar daha çox Rusiya, Gürcüstan, Türkiyə və İran vətəndaşı olan kişilərlə evləndiyi halda, əcnəbilərlə ailə quran azərbaycanlı kişilər əsasən Rusiya, Gürcüstan və Ukrayna vətəndaşı olan qadınlarla nikah bağlayıblar.

Statistika Komitəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-in sorğusuna cavab olaraq, bildirilib ki, Azərbaycan vətəndaşı olan qadınlarla xarici ölkə vətəndaşı olan kişilər arasında 2014-cü ildə 1635, 2015-ci ildə 1291, 2016-cı ildə 1148, 2017-ci ildə isə 1202 nikah bağlanılıb.

Azərbaycan vətəndaşı olan kişilərlə xarici ölkə vətəndaşı olan qadınlar arasında 2014-cü ildə 1499, 2015-ci ildə 1281, 2016-cı ildə 1121, 2017-ci ildə 1158 nikah bağlanılıb.

Ərəb ölkələrinə gəldikdə isə, son illərdə az sayda olsa belə, ərəb ölkələrinin vətəndaşlarına ərə gedən azərbaycanlı qadınlar var.

Azərbaycan vətəndaşı olan qadınlarla ərəb ölkələrinin vətəndaşları olan kişilər arasında 2014-cü ildə 4, 2015-ci ildə 3, 2016-cı ildə 3, 2017-ci ildə isə 8 nikah bağlanılıb.скачать dle 11.3

Son xəbərlər