Mojo.az Banner
20:03 Türk dünyasından Azərbaycana növbəti dəstək  |     19:45 Bakı-Quba yolunda yük maşını aşdı, sürücü öldü  |     19:34 Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi  |     19:21 Əhmədlidən Hövsan və Türkana yeni marşrut açılır  |     19:13 Binəqədi şosesində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək  |     19:10 Navai pul qarşılığında azadlığa çıxa bilər: Tələb olunan məbləğ açıqlandı  |     18:57 Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı  |     18:48 Ramiz Mehdiyev YAP-dan da çıxarıldı  |     18:40 160 milyonluq yeyinti işində yeni qərar: Polkovnik azadlıqda  |     18:39 Azərbaycanda ikinci kurs tələbəsi vəfat etdi  |     18:26 Şimali Kiprdə gəmi qəzasına görə tutulan Azərbaycan vətəndaşlarının həbs müddəti artırıldı  |     18:10 Ermənistan Azərbaycan və Türkiyədən elektrik enerjisi alacaq  |     17:57 İranla sərhəddə əməliyyat: 35 kiloqram narkotik aşkarlandı  |     17:47 Gürcüstanla sərhəddə əməliyyat: 6 əcnəbi saxlanıldı - Foto  |     17:34 Goranboy sakini güllələnərək öldürüldü - Saxlanılan var  |     17:10 Manatın gələcək məzənnəsi ilə bağlı proqnoz  |     17:08 "Nənələr" qrupunun üzvünün Ukraynada öldürülən oğlu Lənkəranda dəfn edildi  |     16:33 Hərbi xidmətə saqqalla yollanmaq istəyənlər bu qaydanı bilməlidir – Ekspert açıqladı  |     16:28 Qazaxıstanda narkotik qaçaqmalçılığı ittihamı ilə həbs edilən Navaiyə görə Rusiyadan NOTA  |     16:20 Lerikdə tanışını güllələyib meyitini dərəyə atan hərbçiyə hökm oxundu  |    
Mojo.az Avto
Mojo.az Avto

"Topaz" işlədəni döyüb öldürdülər — 550 manatını apardılar

15.08.2019 21:15 1 748
Cinayət Məcəlləsinin 120.2.1-ci, yəni, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə maddəsi ilə təqsirli bilinərək məhkum olunan Eyvazov Murad Nizaməddin oğlu və Bağırzadə Fərid Eldəniz oğlu işə yenidən baxılmasını və üzərlərindəki maddənin dəyişdirilməsini xahiş ediblər.

Median.Az xəbər verir ki, onların müraciəti ilə bağlı işə Ali Məhkəmədə hakim Gülzar Rzayevanın sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs Fərid Bağırzadə 19 il, Murad Eyvazov 18 il, Əkbər İsgəndərov, Kamran Qurbanovun isə hər biri 11 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Füzuli rayon sakini Amal Nadirli Sumqayıt şəhərində bir qrup şəxs tərəfindən vəhşicəsinə döyülərək öldürülüb.

Polisin keçirdiyi əməliyyat nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Abşeron rayon sakinləri Çingiz Babayev, Fərid Bağırov, Kamran Qurbanov, Murad Eyvazov və Ağstafa rayon sakini Əkbər İskəndərov həbs ediliblər.

Təqsirlındirilən şəxslər soyğunçuluq məqsədilə əlbir olaraq Saray qəsəbəsində yerləşən "Topaz" bukmeker kontorunda işləyən Amal Nadirli ilə bağlı cinayət əlaqəsinə giriblər.
Amal Nadirliyə hücum edərək üstündəki pulları ələ keçirmək məqsədilə sentyabrın 24-də Kamran Qurbanov mobil telefon vasitəsilə dəstənin digər üzvlərinə zəng edərək Amal Nadirlinin obyektdən çıxdığını gördüyünü deyib. Dəstənin digər üzvləri Çingiz Babayevin avtomobili ilə onu təqib ediblər.

Amal Nadirli Sumqayıtda avtobusdan düşərək, bir qədər piyada gedəndən sonra quldurlar ona hücum edib, onu döyüb, ciblərini soyublar.

Onlar Amal Nadirlinin üzərində olan cəmi 550 manatı götürərək, hadisə yerindən qaçıblar.

Amal Nadirli xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.//ölkə.azскачать dle 11.3
Mojo.az Banner