Mojo.az Banner
16:53 Məktəblərdə geyim formalarına dair monitorinqlər aparılacaq  |     16:44 Gecə uşaqları çölə çıxarıb ac-susuz saxlayıblar... - Ana və ögey ata həbs edildi  |     16:09 Ermənistana qorxu salan üç azərbaycanlı iddiası: MTX açıqlama yaydı  |     14:58 Beyləqanda məktəbdə şagirdlər zəhərləniblər  |     14:47 Həkimdən valideynlərə TƏCİLİ XƏBƏRDARLIQ: Bu iynəni uşağınıza vurduranda diqqətli olun!  |     14:40 Azərbaycanlı makler qadınla əlbir olan pakistanlı qardaşların milyon dollarlıq mülk fırıldağı - FOTO  |     14:32 Piyadanı vuran sürücü həbs oluna bilər? – Vəkildən AÇIQLAMA  |     14:28 Ucuz torpaq alıb ev tikənləri hansı təhlükələr gözləyir?  |     13:36 "Yandex"in data mərkəzi vuruldu  |     12:39 Cəbrayılda minaya düşən şəhid atasının vəziyyəti açıqlandı  |     12:39 Bu işlərdə çalışanların ödündə daş yaranır  |     12:37 Ölkədə inflyasiya ilə bağlı son rəqəmlər açıqlandı  |     12:36 Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb  |     12:35 Doğulan və ölənlərin sayı açıqlandı  |     12:34 Əhalinin gəlirləri artıb - Foto  |     12:32 Tanınmış şirkətdə milyonyarımlıq yeyinti: Həbs edilən var  |     12:30 Azərbaycanda ortaaylıq əməkhaqqı artıb - Foto  |     12:29 Paşinyan: "Ermənistan və Azərbaycan arasında sülh reallaşmış bir faktdır"  |     12:26 Xaçmazda mağazada yanğın - Hadisə yerindən görüntülər (Video)  |     12:26 Ağır cinayətlərin sifarişçisi olan "Dəyirman Vahid"ə hökm oxundu  |    
Mojo.az Avto
Mojo.az Avto

İstanbul Super Kubokdan qazanacaq

14.08.2019 16:49 4 064
İstanbul Super Kubokdan qazanacaq
Bu gün Türkiyənin İstanbul şəhərində 44-cü UEFA Super Kuboku matçı keçiriləcək.

Ötən mövsüm Madriddə UEFA Çempionlar Liqasının qalibi olmuş “Liverpul”la Bakıda UEFA Avropa Liqası kubokunu başı üzərinə qaldırmış “Çelsi” qitənin ən güclüsü adına aydınlıq gətirməyə çalışacaq.

Bakı vaxtı ilə saat 23:00-da başlayacaq görüşə maraq böyükdür. Oyunun keçiriləcəyi “Vodafone Arena”ya təxminən 40 min tamaşaçının gələcəyi gözlənilir.

Oyuna ən ucuz bilet 50 avrodur. Təbii ki, ən ucuz biletlər olduğu üçün qapı arxası tribunaların sahibləri artıq bəllidir. Daha mərkəzi tribunaların qiyməti isə 150 avroyadır.

Bu matçın İstanbulun iqtisadiyyarına təxminən 100 milyon avro xeyir verəcəyi gözlənilir. Çünki Böyük Britaniyanın Mançester və London şəhərlərindən kifayət qədər ingilis azarkeşlər gəlməyə başlayıb.

İngilislər arasında 2-3 günlük turlarla da gələnlər var. Finalı izləmək üçün 50 mindən çox ingilisin gəlməsi İstanbul iaşə obyektləri və hotelləri üçün xeyli qazanc gətirəcək.

Axşam isə təxminən yerli vaxtla saat 18:00-dan etibarən Türkiyə polisinin üzərinə böyük yük düşəcək. Çünki ingilis fanatların şəhərin mərkəzində dalaşmaq ehtimalı nəzərə alınıb. Amma hələlik dünəndən bəri türk polisi müşahidə etməklə məşğuldur.
/oxu.az/скачать dle 11.3
Mojo.az Banner