Mojo.az Banner
11:18 Bakıda və Abşeronda hava iki gün tozlu olacaq  |     11:14 Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib  |     11:10 Bakıda kollecdə kütləvi dava: Tələbə komaya düşdü  |     23:00 Korrupsiya barədə məlumat verən şəxslər hansı hüquqlara sahib olacaq? - AÇIQLAMA  |     22:52 Arbeloa cərimələndi  |     22:45 Bu mənzillərin kirayə qiymətləri artacaq - EKSPERTDƏN PROQNOZ  |     22:39 İstanbulda məktəblər bağlandı, motosikletlərə qadağa qoyuldu  |     22:32 Bakıya gələcək erməni əsilli nazir kimdir? - Dosye  |     22:27 Ən qənaətcil 3 bürc - Hər qəpiyin qədrini bilirlər  |     22:18 Reper Navai narkotik aldığını etiraf edib (Yenilənib)  |     22:13 Bakıda minik avtomobili atla toqquşdu - Video  |     22:00 Qətər əmiri Azərbaycana səfərə gəlib - Foto  |     21:53 Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi  |     21:48 Mingəçevirdə ASAN Xidmətə işə düzəltmək adı ilə 2 min manat alıb  |     21:40 İşə düzəltmək və sürücülük vəsiqəsi almaq vədi ilə 3 200 manatlıq dələduzluq  |     21:35 Antakyada əməliyyat: Azərbaycanlı qadın deportasiya edildi  |     21:28 Formula-1 33 ildən sonra Afrikaya qayıdacaq: Yarış nə vaxt və harada keçiriləcək?  |     21:23 Ordumuzun ilk qadın snayperi vəfat etdi  |     21:15 “Təxribatlara uymayaq, əzizlərim!” - Röya  |     21:10 Daha bir dövlət müəssisəsi ləğv edildi  |    
Mojo.az Avto
Mojo.az Avto

“Sənədsiz evlərə görə kompensasiya verilməli deyil” - Deputat komitənin müdafiəsinə qalxdı

02.08.2019 13:27 3 000
“Sənədsiz evlərə görə kompensasiya verilməli deyil” - Deputat komitənin müdafiəsinə qalxdı
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı qanunsuz tikililərə görə dövlət tərəfindən kompensasiya verilməyəcəyi ilə məsələni şərh edib.

Deputat oxu.az-a açıqlamasında deyib ki, Əmlak Məsələləri Dövlət Komitəsinin kompensasiyanın verilməməsi ilə bağlı yanaşması tamamilə doğrudur.

Parlament üzvü hesab edir ki, qanunsuz tikililərə görə onların sahiblərinə kompensasiya ödənilməsi düzgün deyil. Lakin o, istisnaların da mövcud olduğunu deyib:

“Ola bilsin, bir sıra sahələr, yerlər var ki, orada bələdiyyələrin verdiyi sənədlər əsasında tikinti işləri aparılıb. Ancaq bunlar rəsmiləşdirilməyib. Ölkə Prezidentinin müvafiq tapşırığına uyğun olaraq həmin tikililər sənədləşdirilməlidir.

Bununla yanaşı, infrastrukturun yaradılması, yolların genişləndirilməsi, dövlətin strateji planının tərkib hissəsi olan bu və ya digər tikililərin aparılması ilə bağlı söküntü işləri həyata keçirilərkən sənədləri olanlara kompensasiya veriləcək. Ancaq qanunsuz tikili aparanlara hər hansı şəkildə kompensasiya verilməli deyil”, - deyə F.Ağamalı əlavə edib.

Deputatın sözlərinə görə, hətta elə hallar var ki, orada heç bələdiyyənin arayışı və qərarı olmadan tikinti aparılıb:

“Belə tikililərə görə kompensiyanın verilməsi gözlənilən deyil. Buna görə də Əmlak Məsələləri Dövlət Komitəsinin yanaşması tamamilə qanunauyğundur”.

Parlamentin komitə üzvü “Bəs heç bir icazə almadan necə tikili tikmək olar?” sualına da aydınlıq gətirib.

“İcazəni verən rəsmi qurumlar var. Məsələn, bu, bələdiyyə torpağıdırsa, orada tikintinin aparılması perspektiv kimi nəzərdə tutulubsa, bələdiyyənin qərarı əsasında tikintinin aparılmasına icazə verilir. Lakin Azərbaycan qanunvericiliyinə görə, bu tikintinin aparılmasının ikinci mərhələsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən sərəncamla təsbit olunmalı idi.

Tikinti sənədləri, onun sxemi, layihəsi, müvafiq icra hakimiyyətləri tərəfindən təsdiq edilməli idi. Bunlar yoxdursa, həmin tikililər hansı formasından asılı olmayaraq qanunsuzdur”, - deyə F.Ağamalı bildirib.

Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov “Report”a açıqlamasında qanunsuz tikilən evlərə görə kompensasiyanın verilməyəcəyini söyləyib.скачать dle 11.3
Mojo.az Banner