Mojo.az Banner
23:00 Korrupsiya barədə məlumat verən şəxslər hansı hüquqlara sahib olacaq? - AÇIQLAMA  |     22:52 Arbeloa cərimələndi  |     22:45 Bu mənzillərin kirayə qiymətləri artacaq - EKSPERTDƏN PROQNOZ  |     22:39 İstanbulda məktəblər bağlandı, motosikletlərə qadağa qoyuldu  |     22:32 Bakıya gələcək erməni əsilli nazir kimdir? - Dosye  |     22:27 Ən qənaətcil 3 bürc - Hər qəpiyin qədrini bilirlər  |     22:18 Reper Navai narkotik aldığını etiraf edib (Yenilənib)  |     22:13 Bakıda minik avtomobili atla toqquşdu - Video  |     22:00 Qətər əmiri Azərbaycana səfərə gəlib - Foto  |     21:53 Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi  |     21:48 Mingəçevirdə ASAN Xidmətə işə düzəltmək adı ilə 2 min manat alıb  |     21:40 İşə düzəltmək və sürücülük vəsiqəsi almaq vədi ilə 3 200 manatlıq dələduzluq  |     21:35 Antakyada əməliyyat: Azərbaycanlı qadın deportasiya edildi  |     21:28 Formula-1 33 ildən sonra Afrikaya qayıdacaq: Yarış nə vaxt və harada keçiriləcək?  |     21:23 Ordumuzun ilk qadın snayperi vəfat etdi  |     21:15 “Təxribatlara uymayaq, əzizlərim!” - Röya  |     21:10 Daha bir dövlət müəssisəsi ləğv edildi  |     21:04 “Barselona” tarixi rekordu təkrarladı  |     21:04 Konteyner gəmisi minaya düşərək batdı  |     20:58 Uyğunsuzluq aşkarlanan bioloji aktiv qida məhsulu məhv edildi  |    
Mojo.az Avto
Mojo.az Avto

Keçmiş FHN əməkdaşı ilə əlbir olan bacı qardaşına 72 min pul “atdı” - VİDEO

31.07.2019 16:09 1 804
Keçmiş FHN əməkdaşı ilə əlbir olan bacı qardaşına 72 min pul “atdı” - VİDEO
Bakıda vətəndaşın 72 min manatını dələduzluq yolu ilə ələ keçiriblər.

Zərərçəkən Emin Ələkbərov Baku TV əməkdaşlarına bu barədə ətraflı danışıb.

E.Ələkbərovun sözlərinə görə, 72 min manat pul müqabilində işə düzəldəcəyini vəd edən şəxslə onu öz doğma bacısı tanış edib.

Belə ki, 2017-ci ildə bacısı Qaratel Əhmədova, yeznəsi Yaqub Əhmədov və İbrahim Bağırov həyat yoldaşını, oğlunu və özünü işə düzəldəcəyini vəd edib. Pulu aldıqdan isə verdikləri sözə əməl etməyiblər.

Özünü şirkətin kadrlar şöbəsinin müdiri kimi təqdim edən İ.Bağırov Fövqəladə Hallar Nazirliyinin keçmiş əməkdaşı olub. Zərərçəkən deyir ki, pulun mənimsənilməsində İ.Bağırovla birlikdə bacısı və onun ailəsi də iştirak edib.

O bildirib ki, amma özünü rəis kimi təqdim edən yeznəsini və baş aşpaz kimi təqdim edən bacısı Qarateli dindirməyiblər:

“Mənə dedilər ki, azı yeddi ay gözləməlisən. Mən də şübhələnib onları güdməyə başladım. Araşdırdım ki, Bağırov İbrahim Fərhad oğlu kadrlar şöbəsinin müdiri deyil, keçmiş FHN əməkdaşıdır. Pulumu istəyəndə isə vermədi, dedi, nə edirsən, et”.

Müsahibimiz ona dəymiş ziyanla bağlı bir çox yerlərə müraciət etdiyini, amma heç bir nəticə olmadığını bildirir:

“Bakı şəhər Prokurorluğuna şikayət ərizəsi yazıb göndərdim. Zəng gedib soruşdular ki, məndən pulun son hissəsini harada alıblar? Dedim, Sabunçu rayonunda. Cavab verdilər ki, orada araşdıracaqlar. Ora da müraciət edim, izahat aldılar, sənədlərə baxdılar, üstündən bir müddət keçməmiş məsələni bağladılar. Çünki İbrahimin arxasında dayanan vəkil Musa idi. İş Respublika Prokurorluğuna, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə qədər getdi. Nəticəsi olmadı, çünki müstəntiqin əvvəlki danışığı ilə indiki danışığı düz gəlmir. Musa işin üstünün açılmasını istəmir, əks halda məlum olacaq ki, nə qədər insanı bu yolla işə götürüb, adlarına nə qədər maaş, “imkansız ailə” kimi yardım yazaraq mənimsəyiblər”.

Vətəndaş bu işdə əli olan digər dələduzların da cəzalandırılmasını və ona dəyən ziyanın geri qaytarılmasını tələb edir.


скачать dle 11.3
Mojo.az Banner