Mojo.az Banner
12:23 Toyuq əti yeyən kişilərdə qadınlaşma gedir? — ŞOK Faktlar  |     12:03 Qazaxda avtomobil bir piyadanı vurdu, üç nəfər xəsarət aldı  |     11:26 Uşağınız dərsə getmirsə, bu xəbəri oxuyun – Valideynləri cərimə gözləyir?  |     11:07 Mingəçevirdə 44 yaşlı kişini bıçaqlayan şəxs saxlanıldı  |     23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |    
Mojo.az Avto
Mojo.az Avto

Ölkədən çıxışınıza STOP qoyulub-qoyulmamasını belə öyrənə bilərsiniz

29.07.2019 19:03 1 311
Ölkədən çıxışınıza STOP qoyulub-qoyulmamasını belə öyrənə bilərsiniz
Bəzən olur ki, kimsə xaricə getmək üçün hava limanına və ya hansısa sərhəd buraxılış məntəqəsinə yaxınlaşanda məlum olur ki onun ölkədən çıxışına STOP qoyulub.

İndiki halda bunu elektron formada qabaqcadan öyrənmək mümkündürmü?

Median.Az “qafqazinfo”ya istinadən xəbər verir ki, Azərbaycan İnternet Forumun prezidenti Osman Gündüz bu suala cavab olaraq bildirib ki, vətəndaşa ölkədən çıxışa qoyulan qadağanı hazırda yalnız iki qurumdan və ödənilməyən borclarla bağlı qabaqcadan onlayn formada öyrənmək olar:

“Borcla bağlı STOP qoyulmasını öncədən Ədliyyə Nazirliyi və DİN-nin elektron xidmətləri vasitəsilə öyrənmək olar.

Digər hallarda tətbiq edilən STOP qadağası haqqında məlumatı qabaqcadan elektron fromada əldə etmək isə indiki halda mümkün deyil.

Bəs myGov platforması vətəndaşlara STOP-la bağlı belə xidmət, məlumatlandırma təqdim edə bilərmi ? Əlbəttə mümkündür.

Artıq bəzi dövlət xidmətləri ilə bağlı bu tip oxşar məlumatlandırma myGov tərəfindən təqdim edilir.

Hazırda qanunvericiliyə görə aşağıdakı qurumlar STOP qadağası ("Sərhədkeçməyə məhdudiyyət siyahısı") tətbiq edə bilər:

1.Ədliyyə Nazirliyi

2.DİN

3.FHN

4.Vergilər Nazirliyi

5.Baş Prokurorluq

6.DSX

7.DTX

8.Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti

9.DGK

DSX-nın özəl informasiya sistemi olmadığından STOP qadağası DİN-nin tabeliyində olan İAMAS (“Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi) vasitəsilə həyata keçirilir.

Yəni, çıxışına qadağa qoyulan şəxsin ad və soyadı buradakı STOP siyahısına əlavə olunur.

DSX əməkdaşı sərhədi keçmək istəyənin ad və soyadını DİN-nin bu sisteminə daxil etdikdə STOP qoyulan vətəndaşla bağlı məlumat görsənir.

Düşünürəm ki ASAN, daha doğrusu Elektron Hökumətin İnkişafı Mərkəzi adı çəkilən qurumla birgə myGov üzərindən bu xidməti təqdim edə bilər.

Əgər STOP-la bağlı məlumat İAMAS-da qabaqcadan varsa onun öncədən də myGov-da qeydiyyatdan keçən vətəndaşın telefonuna göndərilməsi, düşünürəm ki problem olmamalıdır.

Lazım gələrsə bu sistemin Əsasnaməsində də bununla bağlı hansısa dəyişiklik etmək mümkündür.

myGov-da qeydiyyatdan keçən vətəndaşlara hazırda bir sıra xidmətlər, etibarnamələrin, pasportun və ya sürücülük vəsiqəsinin vaxtının bitməsi haqqında məlumatlandırma və s xidmətlər təqdim edilir.

Eyni qayda ilə düşünürəm ki müvafiq informasiya sistemləri arasında inteqrasiyanı təmin etməklə myGov üzərindən STOP-la bağlı məlumatlandırmanı da vətəndaşa təqdim etmək olar.

Ümid edirəm yaxın vaxtlarda bu məsələ öz həllini tapacaq”.скачать dle 11.3
Mojo.az Banner