Mojo.az Banner
15:32 Külli miqdarda narkotiki ölkəyə keçirmək istəyən şəxslərin cinayət işi məhkəməyə göndərilib  |     15:27 Londonda ölən 34 yaşlı azərbaycanlı hamilə qadın KİM İDİ?  |     15:04 İstirahətə gedən müəllim avtomobili dərəyə aşırdı: Arvadı və qohumu öldülər  |     14:27 Vado Korovinin kürəkəni "Space"də İŞDƏN ÇIXARILIB?  |     13:25 ABŞ-nin dövlət katibi Çinə Maduronun geyim tərzində yollandı  |     13:23 Bakı, Sumqayıt və Abşeron üzrə pensiyaların ödəniləcəyi VAXT AÇIQLANDI  |     12:44 Qaxda keçmiş məhkum eyni əmələ görə növbəti dəfə tutuldu - Video  |     12:43 Azərbaycan nefti BAHALAŞDI  |     12:12 Bakının daha bir stansiyasından rayonlara qatarla getmək mümkün olacaq  |     12:03 Siqareti tərgitdikdən sonra ağciyərlər tam şəkildə bərpa olunurmu? - Mütəxəssisdən açıqlama  |     12:00 Övladı birinci sinfə gedəcək valideynlərin NƏZƏRİNƏ  |     11:53 Telefonun batareya ömrünü necə artırmaq olar?  |     11:45 İdarə etmədiyi avtomobilə görə sürücülük hüququ məhdudlaşdırıldı - Həll yolu nədir? - VİDEO  |     11:36 Süni intellekt hansı peşələri sıradan çıxaracaq? – Ekspertdən VACİB AÇIQLAMA  |     11:25 DİM-dən mayın 17-də imtahan verəcək IX sinif şagirdlərinə MÜRACİƏT  |     23:26 "Spotify" xidmətinin işində qüsurlar yarandı  |     22:47 Rixard Raşi Azərbaycana gəldi  |     22:46 Vyanada "Avroviziya-2026" mahnı müsabiqəsi başlayır  |     22:39 Komendant bunları sizə qadağan EDƏ BİLMƏZ  |     22:32 Şuşa şəhərinə giriş və çıxış istiqamətləri dəyişdirilir  |    
Left Banner
Right Banner

Yol polisi sürücülərin cərimələrini bağışladı

29.07.2019 18:18 2 676
Yol polisi sürücülərin cərimələrini bağışladı
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi sarı zolaq qadağası ilə bağlı sürücülərə güzəşt edib. 
 
Median.Az Avtosfer.az-a istinadla xəbər verir ki, Bakı-2019 - XV Avropa Gənclər Yay Olimpiya Festivalı ilə əlaqədar olaraq iyulun 20-dən tətbiq olunan sarı zolaq qadağası artıq başa çatıb. Bakının bəzi küçə və prospektlərində qoyulan sarı zolaq qadağası bir çoxlarına narahat edirdi.
 
İndiyədək heç kim cərimə bildirişi almadığı üçün yol polisi tərəfindən cərimə yazılıb-yazılmaması sual doğururdu. Nəhayət, bu gün məlum olub ki, yol polisi yarış günlərində sarı zolağa daxil olan sürücülərə güzəşt edib və heç bir sürücüyə cərimə yazılmayıb, elektron qərar tətbiq edilməyib. 
 
Bunu Avtosfer.-az-a açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov da təsdiq edib. Lakin o bildirib ki, cərimə olunan bir neçə sürücü var, amma onların sayı kifayət qədər azdır:
 
“Yol polisi yarışların təhlükəsiz, rahat keçməsini, sürücülərimizin isə sarı zolaq qadağasına əməl edərək həmrəylik nümayiş etdirməsini nəzərə alaraq onlara elektron qərar tətbiq etməyəcək. Yalnız bir neçə sürücü cərimə olunub ki, onlar da idmançılar patrul maşını ilə müşaiyət olunarkən kobud şəkildə avtomobil karvanının qarşısına çıxanlar, onlara yol verməyənlər, yəni, sarı zolağı boşaltmayan sürücülərdir”.
 
Yol polisi sarı zolağa daxil olan sürücülərin sayının az olduğunu bəyan edib. Vaqif Əsədov bildirib ki, əvvəlki illərin təcrübəsi özünü bir daha göstərdi:
 
“Yol polisi olaraq sürücülərimizə təşəkkür edirik ki, həmrəylik göstərdilər və qaydaları pozmadılar. Müəyyən səbəblərdən qayda pozanları isə biz bağışladıq. Bir daha deyirəm, sarı zolağa daxil olduğu üçün çox az sürücüyə cərimə tətbiq edilib”. 

скачать dle 11.3
Mojo.az Banner