22:33 Ad gününə getmək üçün taksiyə minən qadının başına iş gəldi  |     22:27 Xankəndidə küçəyə Ənvər Paşanın adı verildi  |     22:19 Yola çıxan at ağır qəzaya səbəb oldu  |     22:13 "Borussiya" futbolçusu ilə yeni müqavilə bağlamağı düşünür  |     22:06 Filippində hərbi helikopterin qəzaya uğraması nəticəsində altı nəfər ölüb  |     21:59 Hansı rəng paltarın qadını daha gənc göstərir? - 6 uğurlu çalar  |     21:42 DİN "Qarabağ" - "Çelsi" oyununa qanunsuz bilet satan şəxslərə qarşı ƏMƏLİYYAT KEÇİRDİ (Video)  |     21:35 Zəfər Günü bu şəhərlərdə hərbi orkestrlərin müşayiəti altında yürüşlər keçiriləcək  |     21:30 Vaqif Vəliyev vəfat etdi  |     21:16 "Qarabağ" "Çelsi"nin qarşısını necə alacaq? - Qurban Qurbanovdan açıqlama  |     21:03 Gələn il manatın məzənnəsi necə olacaq?  |     20:50 Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda sürət həddi endirildi  |     20:29 "Dediyim hər şeyi etməlisən" - Lökbatanda 18 yaşlı oğlanın qonşusunu qətlə yetirməsinin TƏFƏRRÜATI (Video)  |     20:25 Subay kişilərə niyə kirayə ev verilmir? - Sosioloq  |     20:15 PSJ-nin futbolçusu "Qızıl Oğlan" mükafatını qazandı  |     19:56 Bakıda Fransa və Azərbaycan diplomatları arasında uğurlu danışıqlar aparıldı  |     19:41 Goranboyda 16 yaşlı qızın nişan mərasiminin qarşısı alındı  |     19:35 Əlillik dərəcəsinin verilməsindən "qazanan" vəzifəli şəxslərin cinayət işi məhkəməyə göndərilib  |     19:27 Azərbaycanda bərpa, tikinti və idarəetmə xidmətlərinə xərcləmələr 2 dəfə azaldılır  |     19:22 Yunanıstan Azərbaycana yeni səfir təyin edib  |    

Paytaxt küçələrinə yeni aparatlar qoyulacaq: plastik qabı at, pul qazan - VİDEO

Məlum olduğu kimi, Bakıda bir çox supermarketlər əhalinin istifadə edilmiş plastik və alüminium içki qablarını təhvil verə biləcəyi xüsusi utilizasiya aparatları və ya fandomatlarla təchiz olunub.

Bu ekoloji layihə 2017-ci ildən “Ecobox Collection and Recycling” MMC tərəfindən həyata keçirilir.


Layihə barədə oxu.az-a danışan MMC-nin direktoru Hacıağa Quliyev bildirib ki, bu günə qədər bir çox supermarket şəbəkələrində 50-yə yaxın belə aparat quraşdırılıb:

“Layihənin əsas məqsədi ekoloji mühitin təmiz saxlanılmasına, Bakıda plastik və alüminium tullantıların azalmasına, eləcə də gələcəkdə şəhərin təmizliyinə ayrılan vəsaitə qənaət edilməsinə töhfə verməkdir. Aparatlar Avropadan gətirilir. Hazırda onların sayının 400-500-ə çatdırılmasına çalışırıq.

Taranın toplanışı onları bonuslara çevirən fandomat adlandırılan avadanlıq vasitəsilə aparılır. Belə ki, boş plastik şüşə və ya alüminium qutu xüsusi qəbuledici pəncərəyə daxil edilir. Avtomatlar taranın barkodu, çəkisi, forması və həcmini tanıdıqdan sonra onu qəbul edir. Fandomatlar həcmi 0.25 litrdən 2.5 litrə qədər olan plastik qabları və alüminium qutuları qəbul etmək üçün proqramlaşdırılıb”.

H.Quliyev deyib ki, avtomat hər taranı qəbul etmir:

“Alacağınız bonuslar taranın növündən asılıdır. Tara fandomat tərəfindən qəbul edildikdən sonra bonus növünü seçə bilərsiniz. İanə, vauçer və mobil telefon üçün danışıq dəqiqələri şəklində bonuslar qazanmaq mümkündür. Bonuslar müvafiq olaraq təslim edilmiş konteynerlər əvəzinə müxtəlif xeyriyyə fondlarına bağışlamaq, supermarketlərdə alış-veriş etmək (bir konteyner iki qəpik dəyərindədir) və danışıq dəqiqələri (bir ədəd qutu bir danışıq dəqiqəsidir) qazanmaq imkanı yaradır”.

Direktor gələcəkdə aparatların ictimai yerlərdə, parklarda, insanların daha sıx toplaşdığı mərkəzi küçələrdə də quraşdırılacağını qeyd edib:

“Obyekt daxilində quraşdırmaq məqsədilə hazırlandığı üçün bu aparatları hələ ki küçələrdə yerləşdirmək mümkün deyil. Məhz bu istiqamətdə danışıqlar aparılır. Mütəxəssislər hazırda bunun üzərində çalışırlar. Artıq aidiyyəti qurumlarla ilkin danışıqlarımız olub.

Parklarda quraşdırılan aparatlar insanların su şüşələrini ətrafa atmasının da qarşısını alacaq”.


скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            4 180 25.07.19 18:09