Mojo.az Banner
12:29 Hərbi xidmətə çağırışda pozuntular aşkarlandı: 8 nəfərə cinayət işi açıldı, işdən çıxarılanlar var  |     12:23 Toyuq əti yeyən kişilərdə qadınlaşma gedir? — ŞOK Faktlar  |     12:03 Qazaxda avtomobil bir piyadanı vurdu, üç nəfər xəsarət aldı  |     11:26 Uşağınız dərsə getmirsə, bu xəbəri oxuyun – Valideynləri cərimə gözləyir?  |     11:07 Mingəçevirdə 44 yaşlı kişini bıçaqlayan şəxs saxlanıldı  |     23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |    
Mojo.az Avto
Mojo.az Avto

Sabiq MTN generalı şikayətini geri götürüb

25.07.2019 16:04 1 411
Sabiq MTN generalı şikayətini geri götürüb
Keçmiş MTN generalı Sübahir Qurbanov kassasiya şikayətindən imtina edib.

Bu gün Bakı Ali Məhkəməsində keçirilən iclasda onunla birgə həbsdə olan MTN polkovnikləri Füzuli Əliyev və Natiq Alıyev də ərizələrini geri götürdüklərini bildirib.

Hakim Fərhad Əliyev hər 3 şəxsin istəyinə nəzərə alaraq şikayətə baxılmasına xitam verib.

Lakin zərərçəkmiş İlqar Əliyevin nümayəndəsi isə ərizəsini geri götürmədiyini və şikayətinə baxılmasını istədiyini bildirib.

Onun iddiası üzrə məhkəmə işinə avqustun 1-də baxılacaq.

Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə S.Qurbanov və F.Əliyev 14 il, N.Alıyev 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Onların bəraət verilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə şikayət etsələr də, apellyasiya şikayətləri təmin edilməyib.скачать dle 11.3
Mojo.az Banner