Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Xəzər dənizində batan şəxsin kimliyi məlum olub - YENİLƏNİB

23.07.2019 21:17 1 632
Xəzər dənizində batan şəxsin kimliyi məlum olub - YENİLƏNİB
Xəzər dənizinin Astara rayonu ərazisində batan şəxsin meyiti sudan çıxarılıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, 2003-cü il təvəllüdlü İsmayılov Sahib Rauf oğlunun axtarışları başa çatıb. S.İsmayılovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.//report.az

***

Xəzər dənizinin Astara rayonu ərazisində bir nəfər batıb.

Median.Az
-ın məlumatına görə, bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Belə ki, FHN-in "112" qaynar telefon xəttinə Astara rayonunda dənizdə qeyri-çimərlik ərazidə (nəzarətsiz) 1 nəfərin batması barədə məlumat daxil olub.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Son xəbərlər