Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Dənizdə batan üç gəncin meyiti tapıldı

25.07.2019 19:25 2 101
Dənizdə batan üç gəncin meyiti tapıldı
Neftçala rayonu ərazisində qeyri-çimərlik zonada batan üç nəfərin meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, dünən Neftçala rayonunda, dənizdə qeyri-çimərlik ərazidə batan üç nəfərin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, dünən Neftçalanın Həsənabad qəsəbə sakinləri - 1993-cü il təvəllüdlü Alkişiyev Fariz Arif oğlu, 1990-cı il təvəllüdlü Babayev Fərid Namiq oğlu və 1992-ci il təvəllüdlü Nəcəfov Şəhriyar Telman oğlu Xəzər dənizində çimərkən batıblar.

Son xəbərlər