Mojo.az Banner
20:04 Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub  |     19:58 Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim edib  |     19:49 Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb  |     19:38 PKK İraqdakı dörd düşərgəni boşaltdı  |     19:28 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia  |     19:20 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir  |     18:40 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb  |     18:06 Məktəbli forması şagirdlərin düşüncəsinə necə təsir edir? – AÇIQLAMA  |     17:58 Çindən Azərbaycana gətirilən 8 mindən çox baytarlıq preparatı məhv edildi  |     17:48 Bakıda və rayonlarda külək güclənəcək - Sarı xəbərdarlıq  |     17:24 Hicaba görə məktəbə getməyən uşağın valideyni 100 manat cərimələnə bilər – AÇIQLAMA  |     15:32 Bu gün Bakıda Azərbaycan-Kamboca biznes forumu keçirilir  |     15:30 Ermənistan İK Azərbaycan hərbçisi ilə bağlı insidentdə yaralanan qadın zərərçəkmiş qismində tanıdı - Foto  |     15:28 Azərbaycanda pensiya ödənişləri 10 faiz artıb  |     15:24 Yasamalda məktəbi yandırmağa cəhd etdilər - Foto  |     13:03 Vahid məktəbli forması uşaqların da xoşuna gəlir – Deputat  |     12:59 Hökmü gözlənilən 74 yaşlı qadın axtarışa verildi  |     12:44 Zaqatalada 14 yaşlı qız faciəli şəkildə öldü  |     12:35 Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü  |     12:29 Hərbi xidmətə çağırışda pozuntular aşkarlandı: 8 nəfərə cinayət işi açıldı, işdən çıxarılanlar var  |    
Mojo.az Avto
Mojo.az Avto

Rayonlarda şimşək çaxacaq, dolu düşəcək - SABAHIN HAVASI

22.07.2019 14:04 1 410
Rayonlarda şimşək çaxacaq, dolu düşəcək - SABAHIN HAVASI
Azərbaycanda iyulun 23-də gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZXEBER.COM-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah hava yağmursuz keçəcək. Güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 21-25, gündüz 28-33, Bakıda gecə 23-25, gündüz 30-32 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 45-55 faiz olacaq.

Abşeron çimərliklərində gözlənilən hava şəraitinə gəlincə, güclü şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 22-23, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 23-24 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında iyulun 23-də hava əsasən yağmursuz keçəcək, lakin axşam bəzi dağlıq ərazilərdə yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 34-39, dağlarda gecə 14-19, gündüz 21-26 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza gəlincə, iyulun 23-də Abşeron yarımadasında xəzri küləyinin güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.скачать dle 11.3
Mojo.az Banner