Mojo.az Banner
20:31 Bəxtiyar Əsgərovu kim əvəz edəcək? - Yeni təyinat  |     20:15 Masazırda avtomobilləri yandıran şəxslər saxlanıldılar  |     20:04 Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub  |     19:58 Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim edib  |     19:49 Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb  |     19:38 PKK İraqdakı dörd düşərgəni boşaltdı  |     19:28 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia  |     19:20 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir  |     18:40 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb  |     18:06 Məktəbli forması şagirdlərin düşüncəsinə necə təsir edir? – AÇIQLAMA  |     17:58 Çindən Azərbaycana gətirilən 8 mindən çox baytarlıq preparatı məhv edildi  |     17:48 Bakıda və rayonlarda külək güclənəcək - Sarı xəbərdarlıq  |     17:24 Hicaba görə məktəbə getməyən uşağın valideyni 100 manat cərimələnə bilər – AÇIQLAMA  |     15:32 Bu gün Bakıda Azərbaycan-Kamboca biznes forumu keçirilir  |     15:30 Ermənistan İK Azərbaycan hərbçisi ilə bağlı insidentdə yaralanan qadın zərərçəkmiş qismində tanıdı - Foto  |     15:28 Azərbaycanda pensiya ödənişləri 10 faiz artıb  |     15:24 Yasamalda məktəbi yandırmağa cəhd etdilər - Foto  |     13:03 Vahid məktəbli forması uşaqların da xoşuna gəlir – Deputat  |     12:59 Hökmü gözlənilən 74 yaşlı qadın axtarışa verildi  |     12:44 Zaqatalada 14 yaşlı qız faciəli şəkildə öldü  |    
Mojo.az Avto
Mojo.az Avto

Səhiyyə Nazirliyi Goranboydakı silahlı insidentlə bağlı məlumat yaydı

13.07.2019 19:56 1 579
Səhiyyə Nazirliyi Goranboydakı silahlı insidentlə bağlı məlumat yaydı
Səhiyyə Nazirliyi Goranboydakı silahlı insidentlə yaralanan şəxslə bağlı məlumat yayıb.
Nazirlikdən verilən məlumata görə, iyulun 12-si gecə saat 23:00 da 20 yaşlı Əmrahov Təbriz Xaliq oğlu xəstəxanaya ağır vəziyyətdə daxil olub.

Qeyd olunub ki, yaralı xəstəxanaya sol göz yuvasından daxil olub təpə nahiyəsindən keçən odlu silah yaralanması diaqnozu ilə daxil olub, vəziyyəti kritikdir.

Qeyd edək ki, iyulun 12-si gecə saat 23 radələrində Goranboy rayonunun Goran qəsəbəsi ərazisində xidmət aparan rayon Polis Şöbəsinin əməliyyat müvəkkili Vüsal Kərimov avtomobilin yolun kənarındakı maneəyə çırpılması ilə əlaqədar bir qrup şəxsin yol kənarında toplaşdıqlarını görərək səbəbini müəyyənləşdirmək məqsədilə onlara yaxınlaşıb.

Bu zaman həmin şəxslərlə polis əməkdaşı arasında mübahisə yaranıb və onlardan biri - Qarapirimli kənd sakini Lətif Əmrahov polis əməkdaşına qəfil zərbə endirərək onu yerə yıxıb. Asayiş keçikçisi üzərində olan xidməti silahdan havaya xəbərdarlıq atəşi açarkən güllə L.Əmrahovun əmisi oğlu Təbriz Əmrahova dəyib.

Bundan sonra T.Əmrəhovun qardaşı Pərviz Əmrahov silahı polis əməkdaşının əlindən alaraq küpü ilə onun baş nahiyəsindən çoxsaylı zərbələr endirərək ağır xəsarət yetirib.
Xəsarət almış polis əməkdaşı və vətəndaş T.Əmrahov Gəncə şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1 (qəsdən sağlamlığa ağır zərər vurma), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb, polis və prokurorluq əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

İş üzrə zəruri ekspertizalar təyin edilib, hadisə yerinə baxış keçirilərək maddi sübutlar götürülüb və digər zəruri istintaq hərəkətləri həyata keçirilib.

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun məsul əməkdaşları Goranboy rayonuna ezam olunublar.

Cinayət işi üzrə istintaqın davam etdirilməsi Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə tapşırılmış və hazırda təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək istintaqa cəlb edilməsi, eləcə də iş üzrə əhəmiyyət kəsb edən sübutların əldə edilməsi istiqamətində zəruri və təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.//ölkə.azскачать dle 11.3
Mojo.az Banner