Mojo.az Banner
18:23 Dəfn müavinəti ilə bağlı RƏSMİ AÇIQLAMA  |     18:21 Ötən ay 11 aptekdə nöqsan aşkarlanıb  |     18:05 Bakıda 22 milyon manata muzey yaradılacaq  |     17:46 Yerin qravitasiya sahəsi yox olacaq? - AÇIQLAMA  |     17:24 Rusiyada Ermənistan istehsalı olan onminlərlə içkinin satışı dayandırıldı  |     17:17 Anar Əsədlinin apellyasiya şikayəti üzrə məhkəmə başlayıb  |     16:41 Bakıda Estoniya səfirliyi açılacaq  |     16:28 Uqandada ağır yol-nəqliyyat hadisəsi: 14 nəfər həyatını itirdi  |     16:24 Ukraynada azərbaycanlı tələbə dron hücumu nəticəsində yaralandı  |     16:23 İspaniyada daha bir miqrant faciəsi: Qayıqda olan 17 nəfər susuzluqdan öldü  |     16:11 "Barselona" qapıçısını icarəyə göndərdi  |     16:08 Bakıda 2030-cu ilədək 9 yeni metro stansiyası inşa ediləcək  |     15:45 Millimizin sabiq üzvü kariyerasını Türkiyədə davam etdirəcək  |     15:39 Bakıda meteor yağışı olunacaq  |     14:53 "Nizami" - "28 May" arasında avtobuslarda gediş haqqı nə qədər olacaq?  |     14:50 Hüseyn Həsənov barəsində həbs qərarı verildi  |     14:39 Bakıda 79 yaşlı qadının meyiti tapıldı  |     14:36 Yayda təcili tibbi yardıma ən çox nə ilə bağlı müraciətlər edilir?  |     14:31 Universitetlərə ixtisas seçiminin TARİXİ BİLİNDİ  |     14:28 "Nizami" - "28 May" arasında avtobuslar PULLU OLACAQ - RƏSMİ  |    
Left Banner
Right Banner

“Neftçi”nin baş məşqçisi: Səhvlərdən nəticə çıxarmağa çalışırıq

11.07.2019 12:49 3 462
“Neftçi”nin baş məşqçisi: Səhvlərdən nəticə çıxarmağa çalışırıq
Bir müddətdən sonra Moldovaya qayıtdığıma görə sevinirəm. Çünki burada gözəl vaxtlarım keçib.

“Neftçi”nin rəsmi “Facebook” hesabının yaydığı xəbərə görə, bu sözləri klubun baş məşqçisi Roberto Bordin deyib.

İtaliyalı mütəxəssis Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində iyulun 11-i Bakı vaxtı ilə saat 21:00-da “Zimbru” stadionunda keçiriləcək “Sperantsa” – “Neftçi” oyunu öncəsi mətbuat konfransında qarşılaşma ilə bağlı fikirlərini bölüşüb.

R.Bordin rəqibin gücünü qabardıb: “Şerif”lə yaxşı uğurlar qazanmışam. Təbii ki, güclü rəqiblə qarşılaşacağıq. Buna görə də bu ölkəyə tez gəlmişik ki, daha yaxşı hazırlaşaq. Əsas məqsədimiz düzgün oynayaraq nəticə qazanmaqdır”.

İtaliyalı mütəxəssisin KİV nümayəndələrinin suallarına cavabı belə olub: “Baqali Dabo ilə Soni Mustivar təlim-məşq toplanışının ilk günündən bizimlə məşq etmirlər. Komandanı onlarsız hazırlamışıq. Bununla belə, o mövqedə Monroz kimi güclü oyunçumuz var. Ümumiyyətlə, hər mövqedə yaxşı futbolçularımız var. Bu, rəqabəti gücləndirib. Əvvəl buraxdığımız səhvlərdən nəticə çıxarmağa çalışırıq. Komandanı yaxşı kökləmişik. Moldovada çempionat davam etdiyi üçün rəqibin fiziki durumu daha yaxşı ola bilər, amma biz də normal toplantı keçmişik. Yeni transferlərimiz komandaya uyğunlaşıblar. Hər biri çalışacaq ki, özünü yaxşı tərəfdən göstərsin. Bura qələbə dalınca gəlmişik. Amma nəzərə almaq lazımdır ki, mərhələ iki oyundan ibarətdir. Baxmayaraq ki, bəzi mövqelərdə dəyişiklər olub, rəqibin baş məşqçisini, futbolçularını yaxşı tanıyıram. “Sperantsa” evdə oynadığı üçün ola bilər ki, ilk dəqiqələrdən pressinq tətbiq edə. Rəqibə hörmətlə yanaşırıq, sonadək mübarizə aparacağıq. Hər dəfə olduğu kimi çalışacağıq gözəl oyun nümayiş etdirib, azarkeşlərimizi sevindirək. İnanıram ki, sonda qələbəni birlikdə qeyd edəcəyik. Azarkeşlərimiz keçən mövsümdə olduğu kimi hər zaman bizi dəstəkləyib. Bu da bizə əlavə motivasiya verir”.скачать dle 11.3
Mojo.az Banner