Mojo.az Banner
23:01 "WhatsApp"ın yeni funksiyası məxfiliyə risk yarada bilər - İstifadəçilərə xəbərdarlıq  |     22:56 Sabiq icra başçısının həbs müddəti uzadıldı  |     22:49 Azərbaycanda ən çox və ən az maaş olan sahələr (SİYAHI)  |     22:43 Bu ölkədə 843 dildə danışılır: Niyə bu qədər çox dil sağ qalıb?  |     22:35 "Çoban" ləqəbli müğənni Türkiyədə Azərbaycanı təmsil etdi  |     22:30 Ukraynada hərbi vəziyyətin müddəti uzadıldı  |     22:22 AQTA "Azəridad" kolbasa sexində nöqsanlar aşkarladı  |     22:17 Sabah çimərliklərdə hava necə olacaq?  |     22:09 Azərbaycanda bahalaşan və ucuzlaşan məhsulların SİYAHISI  |     22:04 Fransada meşələri yandıran 59 nəfər həbs edildi  |     21:56 Axtarışda olan Tuqay Hüseynov Azərbaycana gətirilir  |     21:50 Oman sahillərində gəmiyə hücum: Xəsarət alanlar var  |     21:48 UEFA Çempionlar Liqası: TNS - "Sabah"ı qəbul edir - CANLI  |     21:02 Gəncədə yas mərasimində daha bir KÜTLƏVİ ZƏHƏRLƏNMƏ  |     20:52 22 yaşlı azərbaycanlı Rusiya-Ukrayna müharibəsində həlak oldu  |     20:51 Bakıda iki küçədə hərəkət məhdudlaşdırılacaq - XƏBƏRDARLIQ  |     20:44 Paytaxtda avtobuslar toqquşdu: Sərnişinlər arasında tanınmış aktyor da var - VİDEO  |     20:42 Sürücülərin NƏZƏRİNƏ: Paytaxtın üç küçəsində təmir işləri yekunlaşdı  |     19:54 Binəqədidə idman zalından 5 min manatlıq saat oğurlanıb  |     19:28 "Anamı və arvadımı cin-şeytan kimi görürdüm" - Goranboydakı dəhşətli cinayətin TƏFƏRRÜATI  |    
Left Banner
Right Banner

Zamirə Hacıyevanın məhkəməsi bu tarixdə davam etdiriləcək

28.06.2019 21:23 1 368
Zamirə Hacıyevanın məhkəməsi bu tarixdə davam etdiriləcək
Zamirə Hacıyevanın ekstradisiyası üzrə Azərbaycanın tələbi əsasında Londonda məhkəmə prosesi bu gün davam etdirilib.

APA -nın London müxbirinin verdiyi xəbərə görə, bugün keçirilən məhkəmə prosesində Birkbeck Universitinin professoru Bill Villiam Bovring şahid qismində çıxış edib. O, 26 iyunda məhkəmədə gizli şahid qismində çıxış edən azərbaycanlı kimi Azərbaycan məhkəmə sistemini tənqid edib, insan haqları sahəsində problemlər olduğunu iddia edib. O, Azərbaycanda qadınlar üçün nəzərdə tutulan cəzaçəkmə müəssəsilərində şərtlərin yaxşı olmadığını qeyd edib.

Azərbaycan hökumətinin iddiasını müdafiə edən Helen Malcolm isə Azərbaycanda məhkəmə sistemi və insan haqları mövzusunda gedən islahatlar haqqında məlumat verib. O, şahid qismində çıxış edən Bill Villiamın Azərbaycanda 2005-ci ildə səfərdə olduğunu, qadın cəzaçəkmə müəssisəsinə isə ümumiyyətlə baş çəkmədiyini bildirib. Helen Malcolm şahidin Azərbaycanda hər hansı bir məhkəmə prosesində iştirak etmədiyini də deyib.

Hakim Emma Arbuthnot isə növbəti məhkəmə prosesini sentyabrın 26-na təyin edib. O, Zamirə Hacıyevanın zaminə buraxılma şərtlərini yüngülləşdirilib. Belə ki, Z.Hacıyeva bundan əvvəl hər gün 9:00-dan günorta saatlarınadək Londonun “Charing Cross” polis stansiyasına baş çəkməli idi. Hakim günləri azaldaraq, Z.Hacıyevanın polis stansiyasına həftənin çərşənbə axşamı və cümə günləri getməsinə qərar verib.

Qeyd edək ki, 8 noyabr 2018-ci ildə Kral Ədalət Məhkəməsində keçirilən iclas sonrasında Zamirə Hacıyeva bəzi şərtlərlə Zaminə buraxılmışdı. Bu şərtlərdən biri isə odur ki, Z.Hacıyevanın pasportu polisdə saxlanılmalıdır.

Xatırladaq ki, Beynəlxalq Bankın İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevaya 2009-2015-ciillərdə bank tərəfindən faizsiz kreditlər verilib və bu zaman o, heç bir sənəd təqdim etməyib. Z.Hacıyeva çirkli pulların yuyulması, bankın pullarının mənimsənilməsində günahlandırılır.

скачать dle 11.3
Mojo.az Banner