Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Deputat: Xəzəri hasarlayıb, qamışdan gecəqondular düzəldiblər

27.06.2019 19:33 1 879
Deputat: Xəzəri hasarlayıb, qamışdan gecəqondular düzəldiblər
Xəzər dənizi sahillərini hasarlayıb, qamışdan, taxtadan gecəqondular düzəldərək çimərliyə çeviriblər, hərə də bir qiymət qoyur. Halbuki Xəzər dənizi sahillərini başdan-başa turizm məkanına çevirmək olar.

Median.Az
oxu.az-a istinadən xəbər verir ki, bunu millət vəkili Fəzail Ağamalı Milli Məclisin növbədənkənar sessiyasının iclasında “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyasına Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi barədə Protokolun təsdiq edilməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Xəzər sahillərinin çirklənmiş vəziyyətdə olmasından şikayətlənən F.Ağamalı deyib ki, bu cür neməti qiymətləndirmək lazımdır:

“Bu konvensiyanın tələblərinə uyğun olaraq qanunvericilikdə ciddi dəyişiklik edilməlidir. Yaxşı olardı ki, bunun üçün hərrac keçirilsin. Hasarlama işləri aparan şəxsin imkanı varsa, orada yaxşı hotellər tiksin, bununla da həm yeni iş yerləri açılsın, həm də Xəzər dənizi sahilləri insanların ixtiyarına verilsin. Biz Milli Məclis olaraq bu məsələyə sərt reaksiya verməliyik”.

Milli Məclisin Vitse-spikeri Valeh Ələsgərov isə qeyd edib ki, bu məsələlər qanunda öz əksini tapıb:

“Bu işləri həyata keçirmək isə müvafiq icraedici orqanların işidir”.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

Son xəbərlər