Mojo.az Banner
15:21 Şəkilin icazəsiz paylaşımına görə məhkəməyə müraciət etmək olar – Hüquqşünas  |     15:19 Korrupsiyanı ifşa edənlərə pul veriləcək: Bəs onları kim qoruyacaq?  |     15:16 "Nənələr" qrupunun üzvünün oğlu faciəli şəkildə həlak oldu  |     13:55 Mehriban Rəhimliyə hökm oxundu  |     13:44 Sabunçuda lombarddan 22 min manatlıq oğurluq edilib  |     13:12 Azərbaycanda ov mövsümü başlayır - Tarix açıqlandı  |     12:57 Azərbaycandan Ukraynaya humanitar yardım göndərildi  |     12:38 Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq  |     12:28 Məhkəmə ekspertizası ilə bağlı qaydalar dəyişir: Bir istisna var  |     11:47 Azərbaycanda daha bir qida məhsulunun qiyməti kəskin artdı - Video  |     11:34 Azərbaycanda istilik mövsümü vaxtından əvvəl başlayacaq?  |     11:29 Uşağın ürəyi qəfil dayana bilərmi? – Kardioloqdan XƏBƏRDARLIQ  |     11:26 Kənd yumurtası buna görə bahalaşıb – AÇIQLAMA  |     11:03 Bakıda qadın qətlə yetirildi - Əri saxlanıldı  |     23:01 Əsgərlikdən yeni qayıdan gəncin qanını tökdülər - Video  |     22:55 Qatarla Azərbaycana gələn və gedən əcnəbilərin sayı açıqlandı  |     22:47 ChatGPT-nin yazdığı mətnlərə görünməz işarələr əlavə edilir  |     22:39 Şəkər xəstəliyi ən çox bu yaşda və bu səbəblə yaranır - XƏBƏRDARLIQ  |     22:34 Qaradağda saxlanılan daha bir məmura HÖKM OXUNDU  |     22:26 "Formula 1" yaxından izləmək üçün hasardan tullandı - Həbs edildi  |    
Mojo.az Avto
Mojo.az Avto

Nazir: Bütün beş yaşlı uşaqlar məktəbəhazırlığa cəlb ediləcək

14.06.2019 12:26 4 184
Nazir: Bütün beş yaşlı uşaqlar məktəbəhazırlığa cəlb ediləcək
Növbəti illərdə məktəbəhazırlığa cəlbedilmə göstəricisinin 90 faizə çatdırılması və gələcəkdə bütün beş yaşlı uşaqları əhatə etməsi qarşıda duran əsas hədəflərdəndir.

Bunu Təhsil naziri Ceyhun Bayramov “Azərbaycan” qəzetində dərc olunan məqaləsində bildirib.

Onun sözlərinə görə, son illərdə məktəbəhazırlıq Təhsil Nazirliyi üçün prioritet istiqamət olub:

“Qısa müddət ərzində ümumi təhsil müəssisələrində dövlət büdcəsi hesabına məktəbəhazırlıq qruplarının təşkil olunması yolu ilə beş yaşlı uşaqların təhsilə cəlbedilmə səviyyəsi 2013-cü ildəki 24 faizdən 75 faizə çatdırılıb.

Aparılan tədbirlər nəticəsində tarixən məktəbəqədər təhsil müəssisələri olmayan yaşayış məntəqələrində, ucqar kəndlərdə də uşaqların məktəbəhazırlığı təmin edilib”.

C.Bayramov deyib ki, son illərdə təhsilin inkişafı ilə bağlı qəbul olunan mühüm strategiya və proqramlar nəticəsində dövlət büdcəsindən təhsilə ayrılan xərclər əhəmiyyətli şəkildə artıb, 2013-cü ilə nisbətən 60 faizdən çox artaraq 1.4 milyard manatdan 2019-cu ildə 2.3 milyard manata çatdırılıb. 2003-cü ilə nisbətən isə təhsil xərcləri doqquz dəfədən çox artıb.

Nazir qeyd edib ki, 2017-2018-ci illərdə 243 belə məktəb şagirdlərin istifadəsinə verilib. Cari ildə 24 rayonda 3520 şagird yerlik daha 50 modul tipli məktəb istifadəyə veriləcək.скачать dle 11.3
Mojo.az Banner