Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Qlütenə qarşı dözümsüzlüyə qadınlar arasında daha çox rast gəlinir

13.06.2019 23:15 4 453
Qlütenə qarşı dözümsüzlüyə qadınlar arasında daha çox rast gəlinir
Qlüten və ya onun fraksiyası qliadin dənli bitkilərin, buğda, arpa, çovdar, yulafın yüksəkmolekullu proteinidir. Qlüten unun çörəkbişirmə xassələrini səciyyələndirən əsas amildir. Belə ki, qlüten sayəsində xəmir elastik və yumşaq olur, yaxşı köpür. Yer kürəsində hər 150 insandan birində qlütenə qarşı dözümsüzlük var. Qlütenə qarşı dözümsüzlük seliakiya, çölyak xəstəliyi, qlüten enteropatiyası adlanır. Çölyak xəstəliyinə səbəb nazik bağırsağın selikli qişasında qlütenparçalayıcı fermentin az əmələ gəlməsi və ya anadangəlmə olmamasıdır. Həyatın müxtəlif mərhələlərində qlütenə qarşı dözümsüzlük aşkarlana bilər. Xüsusilə körpələrdə klassik kliniki simptomlar 4-8 ayından etibarən özünü göstərə bilər. Bu əsasən ana südündən digər qidalanmalara, sıyıqlara keçdikdə qeydə alınır. Xəstəlik yorğunluq, zəiflik, qarın nahiyəsində ağrılar, ishal, qəbizlik və ya hər ikisinin bir biri ilə növbələşməsi, uşaqlarda boyun inkişafdan qalması, osteoporoz, dəri xəstəlikləri, dəmir və fol turşusu defisiti anemiyalar müşahidə oluna bilər. Bu əlamətlər qeydə alındıqda mütləq həkimə müraciət etmək lazımdır.

Qlüten həssaslığı irsi-genetik yolla ötürülür və autoimmun xəstəliklər qrupuna aiddir. Bu xəstəliyə qadınlar arasında daha çox rast gəlinir. Bəzən seliakiya xəstəliyi uzun müddət gizli qalır, lakin stressdən və virus infeksiyalarından sonra aqressivləşir və üzə çıxır.

Median.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Mərkəzi Neftçilər Xəstəxanasının həkim-terapevti Billurə Həsənova məlumat verib.

Həkim-terapevt bildirib ki, xəstəliyin diaqnostikası spesifik immunoloji analizlər və biopsiya nəticəsində qoyulur. Sağlam insanlarda un məmulatları normal mənimsənildiyi halda çölyak xəstələrində qlütenin təsirindən nazik bağırsaqda immun reaksiyalarının yaranması səbəbindən bağırsaq epiteli zədələnir, selikli qişa hamarlaşır və nəticədə qida maddələrinin sorulması pozulur. Qlüten həssaslığı olanlarda onun milliqramla miqdarı belə dözümsüzlüyə, autoimmun proseslərin yaranmasına və bağırsaq iltihabına səbəb olur. İrəliləmiş hallarda isə iltihab nazik bağırsağı tam əhatə edə bilər. Nazik bağırsaq orqanizmdə çox vacib elementlərin sorulmasında iştirak edən selikli qişaya malikdir. Bu xəstələrdə selikli qişanın tamlığı pozulduğu üçün dəmir və fol defisitləri və anemiyalar, mikroelementlərin çatışmazlığı, kalsium, maqnezium itkisi olduğu səbəbindən osteoporozlar, döş qəfəsində ağrılar, çanaq nahiyəsində, sümüklərdə ağrı, deformasiyalar müşahidə olunur. Hətta nevroloji xəstəliklər, apatiyalar, depressiyalar, əsəbilik, o cümlədən şizofreniya da yarana bilər. Onu demək olar ki, bu dözümsüzlük nəticəsində irəliləmiş hallarda daha çətin bərpa olunan proseslər baş verir.

Mütəxəssis, həmçinin deyib: "Xəstəliyin müalicəsində ilk addım pəhriz saxlamaqdır. Pəhriz zamanı qida rasionundan buğda, çovdar, arpa və yulaf, mayonez, ketçup, hazır souslar çıxarılmalıdır. Qarğıdalı unundan, kartof, soyadan hazırlanmış məhsullar, o cümlədən ət məhsulları istənilən şəkildə istifadə oluna bilər. Yalnız suxarı ununa batırılmış ət məhsulları istisna edilməlidir. Şorbalara un məhsulları qatılmamalı, şirniyyatlar qlütensiz olmalıdırlar.

İnsanlar qlütensiz qidalanma ilə bağlı maarifləndirilməlidirlər. Hazırda inkişaf etmiş ölkələrdə, o cümlədən Azərbaycanda supermarketlərdə qlütensiz qida adlanan şöbələr var. Qlütensiz qidaların qablaşdırmalarında buğda şəklinin üzərindən xətt çəkilir və ya "free gluten" yazılır".

Son xəbərlər