Mojo.az Banner
14:07 Bölgələrə səfər edənlərə XƏBƏRDARLIQ  |     13:54 Yaponiyada yenə güclü zəlzələ oldu  |     13:49 İsti havada dərhal soyuq suya girmək hansı fəsadlara yol aça bilər? - Həkimdən XƏBƏRDARLIQ  |     13:43 Paytaxtda çoxmərtəbəli binanın altından metroya keçid inşa edilir? - Qurumdan AÇIQLAMA - VİDEO  |     13:38 Fransada DƏHŞƏT: Mənzildə beş körpə cəsədinin qalıqları tapıldı, qadın həbs edildi  |     13:30 Naxçıvanda DƏHŞƏTLİ QƏTL: Qadın öldürüldü, əri saxlanıldı  |     13:24 1 avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür  |     13:15 Azərbaycanda zəlzələ baş verib  |     13:09 Bəzi rayonlara yağış yağıb - FAKTİKİ HAVA  |     12:59 İki ölkənin vətəndaşları üçün Azərbaycana viza tələbi ləğv edilir  |     23:02 Milyonlarla kəpənək hər il eyni meşələrə uçur: Sirri hələ də açılmayıb  |     22:57 Bu ilin əvvəlindən 900-dən çox uşağa ananın soyadı verilib  |     22:49 Azərbaycanda indiyədək hansı universitetlər bağlanıb? (SİYAHI)  |     22:44 Beyləqanda ağır qəza - Ata öldü, oğul yaralandı (Yenilənib)  |     22:28 Bir sutkaya 50 min miqrant - İspaniyada son vəziyyət  |     22:20 “Kim milyonçu olmaq istəyir?”də - 1 milyon dollar qazandı - Video  |     22:14 “Cəbiş müəllim”in qızı banka etiraz etdi - Bu reklama görə  |     22:06 Bir sıra küçə və yollarda hərəkət məhdudlaşdırılacaq  |     22:00 Azərbaycanda bu qadınlara 126 gün ödənişli məzuniyyət verilir  |     21:53 "Arzum 40 dəqiqə hadisə yerində olub" - Tiktokerin məhkəməsində şahid danışdı  |    
Left Banner
Right Banner

Xəzər dənizində tanker partladı: ölənlər var - YENİLƏNİB

11.06.2019 12:30 5 822
Xəzər dənizində tanker partladı: ölənlər var - YENİLƏNİB
Mahaçqala dəniz limanında tankerdə baş vermiş partlayış nəticəsində üç nəfər həyatını itirib.

Bu barədə TASS “Rosmorreçflot”un mətbuat xidmətinə istinadən məlumat yayıb.

“Üç nəfərin meyiti tapılıb – ölənlər gəmidə olmuş dənizçilərdir”, - deyə agentliyin müsahibi bildirib.

“V.F.Tanker № 16” tankerinin göyərtəsində ümumilikdə 12 nəfərin olduğu deyilir.

Qurumdan bildiriblər ki, hazırda hadisə yerinə fövqəladə hallar xidmətinin əməkdaşları cəlb olunub, tankerin yaşayış hissəsi yanır. Yanğını hələlik lokallaşdıra bilməyiblər.

* * * * *

Rusiyanın Mahaçqala limanında tankerdə partlayış baş verib.


Bu barədə “Ren TV” məlumat yayıb.

“Rosmorreçflot”dan verilən məlumata görə, hadisə nəticəsində iki nəfər yaralanıb, üç nəfər itkin düşüb. Xəsarət alanların xəstəxanaya yerləşdirildiyi bildirilir.

“İnterfaks” agentliyi isə öz mənbələrinə istinadən iki nəfərin öldüyünü xəbər verir.

“RİA Novosti”nin “Rosmorreçflot”a istinadən verdiyi məlumata görə, partlayış “VF Tanker 16” adlı tankerin maşın bölməsində meydana gəlib.

Partlayış anında tanker Mahaçqala dəniz limanının dörd saylı körpüsündə olub.

“Beş zərərçəkənin olduğu güman edilir, onlardan ikisi xəstəxanaya yerləşdirilib, üç nəfərin axtarışı davam etdirilir”, - deyə “Rosmorreçflot”dan bildiriblər.

скачать dle 11.3
Mojo.az Banner