Mojo.az Banner
23:01 Şamaxıda gecəyarısı vətəndaşın obyektini sökən şirkət kimindir? (VİDEO)  |     22:57 Zirzəmidə yıxılıb çarəsiz qalan şəxs xilas olundu (VİDEO)  |     22:51 Azərbaycanda uzunömürlülərin sayı - MARAQLI STATİSTİKA  |     22:45 Ceyhun Bayramovla Marko Rubio arasında telefon danışığı aparıldı  |     22:40 Türkiyədə iki futbol hakimi həbs olundu  |     22:31 Ucarda şagirdin məktəbdən kənarlaşdırılması narazılıq yaradıb - VİDEO  |     22:26 Xalq artisti xəstəxanadan evə buraxıldı  |     22:20 Saturn Yerə ən yaxın mövqeyindədir: Bu gecə onu necə görmək olar?  |     22:12 Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü  |     22:08 Zəngəzurda saxlanılan azərbaycanlı hərbçi İrəvanda xəstəxanaya yerləşdirildi  |     21:51 Bakıda torpağın qiyməti kəskin artdı - Ən çox bu rayonda bahalaşıb  |     21:50 "Azəriqaz"ın adından 10 min manatlıq dələduzluq  |     21:46 Azərbaycanda uşaqların gözü qarşısında qadını bağçanın həyətində vəhşicəsinə bıçaqladılar - Hadisə baş verən ərazidən görüntülər  |     21:44 Məşhur türk aktrisası vəfat etdi  |     21:37 Avtomobil sürmək üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? (VİDEO)  |     21:34 Məşhur biznesmeni ailəsi ilə hədələyiblər - 20 milyonluq şantaj işində yeni adlar  |     21:19 Tünd çörək həmişə çovdar çörəyi deyil: Seçim zamanı səhvə yol verməyin  |     21:18 ANS-in keçmiş işçisi bu televiziyaya direktor təyin olundu  |     21:08 "Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi  |     21:07 Bakıda məktəbli sinif yoldaşını qətlə yetirdi  |    
Mojo.az Avto
Mojo.az Avto

"Səni axtarıram"da dəhşətli anlar - Ana öz qızını tanımadı - VİDEO

27.05.2019 17:47 3 243
Həyat yoldaşı Qarabağ uğrunda gedən döyüşlərdə həlak olan şəhid xanımı Firəngiz xanım 14 yaşından ayrı düşdüyü qızına "Səni axtarıram"da qovuşub.

Üç azyaşlı uşağı ilə dul qalan şəhid xanımı qızından 20 il əvvəl ayrı düşüb.

Ərinin vəfatından sonra Moskvada yaşayan baldızı 14 yaşlı qızını qısa müddətdən sonra geri gətirmək şərtilə özü ilə qonaq aparıb, lakin vədinə xilaf çıxıb.

Bibi şəhid qardaşının qızını - 14 yaşlı Xəyaləni Rusiyada xadimə işləməyə məcbur edib. Xəyalənin işlədiyi şirkətdə katibənin mobil telefonu oğurlanır və bu işdə onu günahlandırırlar. Sonradan müşahidə kameralarına düşən görüntülərdə Xəyalənin günahsız olduğu ortaya çıxsa da, bu hadisədən sonra onun həyatı alt-üst olur.

Bibiləri Xəyalənin doğum haqqında şəhadətnaməsini ona vermirlər. Sənədsiz qalan yeniyetmə qızın başına gəlməyənlər qalmır. Kimsəsiz və sənədsiz qalan Xəyalə özündən 11 yaş kiçik taciklə bərabər yaşayır, iki uşağı doğulur. Bir müddətdən sonra tacik onu atıb vətəninə qayıdır. Xəyalənin sənədləri qaydasında olmadığından onunla gedə bilmir. Xəyalə indi iki azyaşlı qızı ilə birlikdə Moskva küçələrində "bomj" həyatı sürür.

Ananın müraciəti ilə "Səni axtarıram" proqramı Xəyaləni tapıb. Qızının görüntülərini görən Firəngiz xanım dəhşətə gəlib. Ananı sakitləşdirmək mümkün olmayıb. Onun 14 yaşlı gözəöl-göyçək Xəyaləsindən əsər-əlamət qalmamışdı. Saçı qırxılmış, baxımsız, çirkli və köhnə paltarlı 34 yaşlı Xəyalənin danışdıqlarını dinlədikcə ana göz yaşlarını saxlaya bilmirdi.

Hazırda Xoşqədəm Hidayətqızı onun sənədlərinin düzəldilməsi ilə məşğuldur. Sənədlər hazır olduqdan sonra Xəyalə Azərbaycana gətiriləcək.


скачать dle 11.3
Mojo.az Banner