Mojo.az Banner
19:30 Villaların kirayəsində rekord artım: Qiymətlər 30 min manata çatdı  |     19:21 Bakıda avtomobil kanalizasiya kollektoruna düşdü  |     19:16 Kalsium və D vitamini sınıqlardan qorumur: Bəs nə kömək edir?  |     19:10 Sabah dənizə getmək istəyənlərin NƏZƏRİNƏ!  |     19:03 Zaur Kamal qəzaya uğradı  |     18:55 Bazar günü 36 dərəcə isti olacaq  |     18:50 Sosial müavinət alanlar pensiyaya keçə bilər? - Deputatdan AÇIQLAMA  |     18:42 Çətənə kolu yetişdirən şəxs həbs olundu - VİDEO  |     18:37 Dünya çempionatının 1/8 final mərhələsinə start verilir  |     18:29 Bakıda taksi ağır qəza törətdi: 3 iranlı tələbə...  |     18:24 Hərbçilərə telefonla neqativ xəbər ötürməyin! - MN-dən çağırış  |     18:15 Sosial şəbəkələrdə yaş həddi: Sakinlər nə düşünürlər? - Video  |     18:09 Güclü maqnit qasırğası başlayıb  |     18:01 Ağdamda faciə- ata və iki övladı kanalda boğuldu  |     17:49 Ötən gün Azərbaycanda 24 cinayətin üstü açılıb  |     17:42 DÇ-2026-da son 60 ilin ən az qayda pozuntusu müşahidə olunub  |     17:34 İsmayıllıda DƏHŞƏTLİ QƏZA: İki nəfər öldü  |     17:21 Yasamaldakı partlayışın anbaan VİDEOSU  |     17:17 Bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ  |     16:55 Masazırda "Ford" yandı - Video  |    
Left Banner
Right Banner

Dünyada 1,5 milyon kor, beş milyon zəif görən uşaq var

24.05.2019 19:57 2 450
Dünyada 1,5 milyon kor, beş milyon zəif görən uşaq var
Bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da qohum evliliklərinin yayılması genetik xəstəliklərə daha çox rast gəlinməsinə səbəb olur. Bu səbəbdən uşaqlıq dövründə görmə pozğunluğunun sayının artması müşahidə edilir.

Median.Az
oxu.az-a istinadən xəbər verir ki, bu sözləri Milli Oftomologiya Mərkəzinin Uşaqlarda gözün patologiyası şöbəsinin həkimi Aysel Əkbərova bu gün keçirilən “Oftalmologiyanın bu günü və gələcəyi” adlı beynəlxalq konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Ümumimdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən müəyyən edilən zəifgörmə və korluq terminləri görmə itiliyi və görmə sahəsinə əsaslanır. Dünyada 1,5 milyon kor, beş milyon zəif görən uşaq yaşayır:

“Görmə zəifliyi inkişafı və təhsilinə əhəmiyyətli dərəcədə təsir edən uşaqların sayı isə 1,5-2 milyon arasında dəyişir. Dünyadakı korluğun içərisində uşaqçağı korluğu iki faizdir. Zəif görən insanların 4-12 faizini isə uşaqlar təşkil edir”.

A.Əkbərova onu da qeyd edib ki, körpəlik və uşaqlıq dövründə vaxtından əvvəl doğulmuşların retinopatiyası, anadangəlmə katarakta, anadangəlmə qlaukoma, çəpgözlük və s. kimi xəstəliklər vaxtında müalicə olunarsa, bu xəstəliklərdən meydana gələ biləcək zəifgörmə və korluğun qarşısı alına bilər.

Ümumilikdə uşaqlarda zəifgörmənin əsas səbəblərinə kortikal görmə pozğunluğu, optik sinir xəstəlikləri, vaxtından əvvəl doğulmuşların retinopatiyası, anadangəlmə anomaliyalar və s. aiddir.

Böyüklərdə olduğu kimi, uşaqlarda da zəifgörmə və korluğun yayılması cəmiyyətlərin inkişaf səviyyəsindən asılıdır. Yetkin insanlarla müqayisədə, uşaqlıq dövründə zəifgörmə səbəblərinin çoxunun qarşısını almaq daha çətindir. Buna görə də uşaqlarda reabilitasiya tədbirlərindən faydalanmaq əhəmiyyətlidir”.

Həkim hesab edir ki, erkən dövrlərdə reabilitasiya tədbirlərinə başlamaq funksional görmənin təkmilləşdirilməsi üçün müsbət imkanlar verir:

“Məktəbəqədər 4-6 yaş dövründə reabilitasiya üçün zəifgörmə cihazlarının başlanıldığı dövrdür. Uşaqlar bu dövrə nə qədər tez başlayarsa, gələcəkdə bu cihazlardan istifadə daha rahat olacaq. Məktəb illəri zəifgörmə cihazlarından ən təsirli istifadə edildiyi müddətdir. Bu cihazların sayəsində uşağın təhsil fəaliyyətində müstəqil iştirakı mümkün ola bilər. Amma bu dövr kosmetik narahatlıq və psixoloji reaksiyaların ən çox rast gəlindiyi dövrdür.

Qeyd edilən yaş qruplarında uşaqlarda zəifgörmə cihazlarından imtina edilə bilər. 4-6 yaşlı belə uşaqlar artıq digər uşaqlardan daha fərqli olduğunu dərk edir, 7-8 yaşlı uşaqlar isə bu fərqi yaradan zəifgörmə cihazlarına qarşı reaksiya verməyə başlayırlar. Zəifgörmə reabilitasiyasında, xüsusilə uşaqlıq dövründə tətbiq olunan reabilitasiya işində qrup işi çox önəmlidir. Oftomoloq, pedaqoq və ailə bu qrupun ən mühüm elementləridir”.

A.Əkbərova son olaraq onu da əlavə edib ki, pedaqoq təhsil verməklə yanaşı, onun uşağın mövcud görmə funksiyaları və mümkün proqnoz haqqında ətraflı məlumatı olmalıdır:

“Valideynlərin uşaqların reabilitasiya prosesini dəstəkləməsi, zəifgörmə cihazlarından necə istifadə etməsi, şəxsi qayğı və həyatlarının davam etdirilməsi istiqamətində bütün zəruri olan məlumatlar mütəmadi olaraq verilməlidir”.скачать dle 11.3
Mojo.az Banner