Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:15 Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib | 22:01 Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib | 20:28 Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - Video | 20:07 Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"də iki qızıl medal qazanıb | 20:01 Zaur Rzayev vəfat etdi | 19:43 Qeyri-etik davranışlarına görə daha bir tiktoker cəzalandırıldı | 19:41 Məşq zamanı vəfat edən Rəsulun fotosu | 19:24 Əli Əsədov Gürcüstana işgüzar səfər edib | 19:21 Taksi sürücüləri üçün vacib xəbər - Tarix açıqlandı | 18:43 Ceyranbatanda məktəbdə nə baş verib? - AQTA-dan reaksiya | 18:05 Xocalıda icazəsiz at çapanlar cərimələndilər | 17:59 Azərbaycan Kubokunda 1/8 finalın bütün cütlükləri bəlli olub | 17:40 İlham Əliyev İspaniya kralına başsağlığı verdi | 17:27 Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA | 17:14 Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi | 17:11 Kredit götürənlər və əmanət sahibləri diqqət! Mərkəzi Bankın qərarı nəyi dəyişəcək? | 17:07 Siyəzəndə ünvanlı sosial yardıma görə dava: Qayınata kürəkənini döydü | 17:05 Deputat: Məktəblərdə tərbiyə məsələsi arxa planda qalıb | 17:03 Ceyranbatanda məktəbdə 10 şagird zəhərləndi | 16:49 "Zapı" ilə avtoxuliqanlıq edən şəxs həbs olundu |
Mojo.az Avto
Mojo.az Avto

Qəzalı bina sakinləri ilə icra hakimiyyəti arasında qarşıdurma - VİDEO

23.05.2019 17:09 5 746
Qəzalı bina sakinləri ilə icra hakimiyyəti arasında qarşıdurma - VİDEO
Hövsan qəsəbəsi Rüfət Abdullayev küçəsi 24 ünvanında yerləşən bina qəzalı vəziyyətdədir.

15 ailənin qorxu içində yaşadığı dördmərtəbəli yataqxanada sakinlər icra hakimiyyətinin məsələyə biganə yanaşmasından şikayətlənirlər.

“İki il əvvəl İcra Hakimiyyətinin əməkdaşları gəlib dedilər ki, bu yataqxanada olan hər bir otağa görə birdəfəlik müavinət veriləcək. Lakin sonra nədənsə qohum olan şəxsləri bir ailə kimi göstərdilər və bir otağın müavinətini ödədilər”, - deyə sakinlər bildirir.

Onlar məsələ ilə bağlı məhkəməyə müraciət etdiklərini deyirlər.

Sözügedən məsələ ilə bağlı Suraxanı rayon İcra Hakimiyyətinə müraciət etdik. Qurumun təsərrüfat şöbəsinin müdiri Mehman Hüseynovun sözlərinə görə, həmin binada yaşayan ailələrə 35 min manat birdəfəlik maddi yardım ödənilib.

“Suraxanı rayon İcra Hakimiyyətinin başçısının sərəncamıına əsasən, komissiya yaradılmışdı və yataqxana sakinlərinin siyahısı dəqiqləşdirilmişdi. Orada 71 ailə və üç qeyri-yaşayış obyektinə maddi yardım ayrılması nəzərdə tutulmuşdu”, - deyə M.Hüseynov bildirir.

Qurum rəsmisi bu məsələdə sakinlərin saxtakarlığa yol verdiyini deyir:

“Komissiya ailələrin sayını dəqiqləşdirən zaman saxtakarlığa rast gəlmişdi. Fövqaladə Hallar Nazirliyi binanın qəzalı olması ilə bağlı rəy verdikdən sonra sakinlər öz aralarında alqı-satqı ediblər”.

Məsələni araşdıran hüquqşünas Namiq Mustafayevlə telefon bağlantısı yaratdıq. Onun sözlərinə görə, sakinlər binanı boşaltmadıqları üçün İcra Hakimiyyəti məhkəmədə iddia qaldırıb.

“Ailələr dəfələrlə İcra Hakimiyyətinin inzibati məhkəməsində kompensasiyanın ödənilməsi, birdəfəlik maddi yardımın ödənilməsi adı altında çoxsaylı iddialar qaldırıblar. Heç bir iddiaları qəbul olunmadı və məhkəmə tərəfindən əsassız hesab edildi”.

Daha ətraflı videosüjetdə:

//oxu.az

Son xəbərlər