Mojo.az Banner
SON DƏQİQƏ
11:23 Azərbaycanda çıxarışsız evlərin aqibəti necə olacaq? – AÇIQLAMA  |     11:16 Novruz bayramı günü bibisinin oğlunu öldürdü  |     23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |    
Mojo.az Avto
Mojo.az Avto

Nərimanovda uçan yataqxananın sakinləri köçürüləcək - İcra Hakimiyyətindən açıqlama

12.11.2019 13:51 2 488
Nərimanovda uçan yataqxananın sakinləri köçürüləcək - İcra Hakimiyyətindən açıqlama
Nərimanov Rayon İcra Hakimiyyəti Nazim Hacıyev 6 ünvanındakı yataqxanada baş verən uçqunla bağlı məsələyə münasibət bildirib.

İH-nin İnformasiya təminatı və təhlil sektorunun müdiri İlkin Əsədov Oxu.Az-a açıqlamasında bildirib ki, dördmərtəbəli yataqxana binasının dördüncü mərtəbəsinin dam örtüyünün bir hissəsi çöküb:

“Aparılan araşdırma zamanı məlum olub ki, dam örtüyünün çökmüş hissəsi 47 nömrəli otağın sahibi Həbib İbayevə məxsusdur. Baş verən hadisə zamanı xoşbəxtlikdən xəsarət alan olmayıb.

Nərimanov Rayon İcra Hakimiyyətinin, Daxili işlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin ərazi üzrə əməkdaşları hadisə yerinə baş çəkiblər”.

Sektor müdiri qeyd edib ki, hazırda həmin otaqda yaşayan sakinlər başqa bir otaqla təmin olunublar:

“Hazırda otağın çökən hissənin bərpası üzrə işlər aparılır. Həmin bina Fövqəladə Hallar Nazirliyinin qəzalı binalar siyahısındadır.

Yaxın günlərdə müvafiq orqanlarla razılaşdırılmış formada yataqxanada məskunlaşan Zəngilan, Cəbrayıl və Laçın rayonlarından olan məcburi köçkünlərin yeni binalara köçürülməsi üçün müvafiq işlər aparılır”.скачать dle 11.3

Son xəbərlər