Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:59 Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq - Yeni qaydalar | 13:47 Ötən ay 130 nəfər Azərbaycandan deportasiya edilib | 13:43 "Bir pəncərə" informasiya sistemi haqqında Əsasnamə təsdiqləndi | 13:42 İlham Əliyev Gənclər və İdman Nazirliyinə bir milyon manat ayırdı | 13:41 Dövlət xidmətinə yeni səlahiyyət verildi, işçilərinin say həddi artırıldı - Fərman | 13:40 Həmkəndlisini qısqanclıq zəminində öldürüb basdıran şəxsə hökm oxundu | 13:39 İşdən çıxarılan generala yeni vəzifə verildi | 13:37 Dövlət qulluğuna müsabiqə ilə bağlı yenilik | 13:36 Azərbaycanda bəzi şəxslər dövlət qulluqçusu ola bilməyəcəklər | 13:31 Qədəşovun kürəkəninə 11 il həbs - “Atlant” müsadirə edildi | 13:25 Həkimdən XƏBƏRDARLIQ: Güclü külək bu xəstəlikləri ağırlaşdıra bilər | 13:18 Bakıda polis əməkdaşı vəfat etdi - FOTO | 13:16 Prokuror generalın dələduzluqda ittiham olunan qızının həbsini tələb edir | 13:15 Dövlət qulluqçusunun pedaqoji fəaliyyəti yeni qaydada tənzimlənəcək | 13:10 Azərbaycanda fond yaratmaq 10 dəfə bahalaşır - Yeni tələb | 13:07 Güclü külək reklam lövhələrini aşırsa, məsuliyyəti kim daşıyır? – AÇIQLAMA | 12:39 Dövlət qeydiyyat nişanını saxtalaşdıran sürücü həbs edilib | 12:36 Gürcüstanda azərbaycanlı gəncin meyiti tapıldı | 12:35 Bu ərazilərə qar yağır | 12:34 FHN: Ötən həftə 182 yanğın olub, 6 nəfərin meyiti tapılıb |
Mojo.az Avto
Mojo.az Avto

Buraxılış imtahanlarının nəticələri açıqlandı

20.05.2019 12:24 3 630
Buraxılış imtahanlarının nəticələri açıqlandı
Dövlət İmtahan Mərkəzi tərəfindən 2019-cu il mart ayı ərzində keçirilən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının I mərhələsinin və aprelin 7-də keçirilən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının nəticələri elan olunub.

Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumata görə, imtahanda iştirak etmiş şagirdlər DİM-in internet saytında öz imtahan nəticələri, cavab vərəqinin ön və arxa üzünün qrafik təsviri, qapalı tipli tapşırıqların doğru cavabları, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə tanış ola bilərlər.

Artıq ümumtəhsil müəssisələrinin əlaqələndiriciləri də “Şagird-məzun” dövlət elektron məlumat sisteminə daxil olmaqla məktəbdə təhsil alan və buraxılış imtahanı verən şagirdlərin imtahan nəticələrinə (elan olunmuş) baxa bilərlər. Şagirdlərin imtahan nəticələrinin təhlili gələcəkdə məktəblərin göstəricilərinin daha da yaxşılaşdırılması üçün faydalı ola bilər.

Son xəbərlər